Əli (ə) besətdən qabaq nəyə sİtayİş edİrdİ?


Əgər Əli (ə) Peyğəmbərin (s) besətindən sonra ona iman gətirən ilk şəxsdirsə, bu halda Əli (ə) besətdən qabaq nəyə sitayiş edirdi?
Bu sualın cavabı əvvəldə deyilənlərə diqqət yetirməklə aydın olur. Yəni, burada \"iman gətirmək\" dedikdə məqsəd besətdən qabaq Əli (ə)-ın ruhunun bütün yönləri ilə işləmiş və bir an da olsun belə, ondan ayrılmayan qədim imanını aşkara çıxarmasıdır. Çünki Peyğəmbəri-Əkrəm (s)-in Əli (ə)-ı ardıcıl və mütəmadi olaraq himayə etməsi nəticəsində vahid olan Allaha iman kökləri onun ruhunun dərinliklərində yer açmış və vücudu başdan-ayağa iman və ixlasla dolmuşdu. O günə qədər Peyğəmbər (s)-ə risalət məqamı verilmədiyinə görə, lazım gəldi ki, Peyğəmbər (s) bu məqama çatandan sonra Əli (ə) onunla olan bağlılığını daha da möhkəmlədib Peyğəmbərin risalətini qəbul etməklə öz imanını aşkar etsin. Qurani-Məciddə \"iman\" və \"islam\" mövcud əqidəni aşkar etmək mənasında çox işlənmişdir. Məsələn, Allah-Taala Ibrahim (ə)-a islamı qəbul et-deyə əmr etdikdə, o deyir: \"Aləmlərin Rəbbinə təsliməm (Bəqərəsurəsi, ayə:131).
Quranda Peyğəmbərin dilindən onun öz barəsində deyilir: \"Mənə əmr olunubdur ki, aləmlərin Rəbbi qarşısında təslim olam.\"( Mumin surəsi, ayə:66)
Qeyd olunan ayələrdə və həmçinin, bu kimi başqa yerlərdə islamı qəbul etmək dedikdə, məqsəd şübhəsiz ki, ibtidai imanı kəsb etmək deyil, insanın ruhuna nufuz etmiş islam və imanı aşkar etmək nəzərdə tutulur. Çünki Peyğəmbər bu ayənin nazil olmasından qabaq və hətta besətdən də öncə tam mənada bir müvəhhid (tək olan Allaha imanlı) və Allah dərgahına təslim olan bir şəxs idi. Buna görə də deməliyik ki, iman gətirməyin iki mənası var: 1) Ilk əvvəldən insanın ruhuna nüfuz etmiş olan batini imanı aşkar etmək ki, besətin ikinci günündə Əli (ə)-ın iman gətirməsi də məhz bu mənadadır.
2) Sonradan iman qazanmaq və islama ilkin yönəlmə. Peyğəmbərin (s) səhabələrinin çoxunun imanı bu qəbildən idi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter