Xums nə vaxt vacİb oldu?
İş və ticarət gəlirinin xümsü vacibdirsə nə üçün bu iş sonradan qanuniləşərək gec bir zamanda məsum İmamlar tərəfindən vacib edildi?
Həqiqətən də xüms ayəsi risalət dövründə nazil oldu. Əziz Peyğəmbər bu qanunu icraya saldı. Həzrət Peyğəmbər (s) döyüş qənimətlərinin xümsünü yığırdı. İş və ticarət gəlirinin xümsü zərurət olaraq məsləhət əsasında İmamların dövrünə kimi təxirə salındı. Bu zərurəti bir neçə işlə əlaqələndirmək olar:
1. Xümsün zəkat ilə fərqi bundadır ki, zəkat bütün müsəlmanlara, xüms isə yalnız peyğəmbər və onun qohumlarına məxsusdur. Peyğəmbər (s) də onu icra etməyi məsləhət bilmirdi.
( Xoyi, Seyid Əbül-Qasim, “Mustənədul-ürvətil-vüsqa”, kitabul-xüms, səh.196.)
2. Risalət dövründə kasıbçılıq cəmiyyəti bürümüşdü. Müsəlmanlar kasıbçılıq səbəbindən xümsü ödəyə bilmirdilər. Buna görə də girami peyğəmbər iş və ticarət gəliri xümsünü yığmaqdan daşındı.
3. Məsum İmamları İmam Baqirin (ə) dövründən sonrayadək xümsün icrasından daşındıran ən mühüm səbəb siyasi durum idi. Verginin toplanması sultanın vəzifələrindən idi. Onlarla rəqabət aparan hər bir kəs qanunu pozan və hökumətlə müxalif olan fərd kimi rejim əleyhinə çevriliş və silah toplamaqda ittiham edilərək təqib olunurdu. Abbasilər dövründə nisbi azadlıq yaranması və mövcud şərait İmamlara gizli şəkildə müsəlmanlardan xüms yığmağa imkan yaratdı.( Müdərrisi, Məhəmməd Təqi, “Əhkamul-xüms”, səh.16.)
4. Əziz Peyğəmbər (s) qeyblə rabitədə olduğu üçün yaxın gələcəkdə xilafətin qəsbkarların əlinə keçəcəyini bilirdi. Xüms dövlət vergisi sayılır və hakim, ya da sultana verilməlidir. Həzrət Peyğəmbər (s) iş və gəlir xümsünün vacibliyini bəyan etsəydi bu göstəriş müsəlmanların malını qarət edib, öz zülmlərini artırmaqda qəsbkar hökmdarlar üçün bəhanə olacaqdı. Həzrətin uzaqgörənliyi və iti baxışlılığı bu İlahi hökmün gizli pərdə arxasında qalmasına səbəb oldu.( Haşimi, Şahrudi, Seyid Mahmud, “Kitabul-xüms”, 2-ci cild, səh.45.)