KӘRBӘLA QİYAMINDA KİM QӘLӘBӘ ÇALDI?


Bir sıra sadəlöv adamların Aşura günündə Yezidin qələbə çalıb, İmam Hüseyn əleyhissalamın məğlub olduğunu güman etməsinə baxmayaraq, tarixi diqqətlə araşdırdıqda məlum olur ki, əhvalat bunun əksinə imiş. Çünki qələbə insanın diri qalıb düşmənin ölməsi demək deyildir. Qələbə bundan ibarətdir ki, insanın özü ölsə də hədəf, fikir və idealları əbədi olaraq yaşasın. Məğlubiyyət isə döyüş meydanında həlak olmaq deyil, fikir və ideyaların məhv olmasıdır.
Aşura qiyamında Hüseyn (ə) ilə əshabı şəhid oldular, uşaqları əsir düşdü, var-dövlətləri qarət oldu, lakin İmam Hüseyn əleyhissalamın hədəfi diri qaldı. Çünki onun hədəfi islamı yaymaq və zülmün qarşısını almaq idi. Şübhəsiz Hüseyn (ə) öz hədəfinə çatdı. Tarix boyun milyonlarla insan bu etiqad və hədəfinə bayraqdarına çevriliblər. Yezidin hədəfi isə məhv oldu. Çünki onun hədəfi yalnız İmam Hüseyn əleyhissalam və əshabını öldürməkdən ibarət deyildi; o islamı, islam Peyğəmbərinin təlimlərini aradan aparmaq istəyirdi və güman edirdi ki, İmam Hüseyn əleyhissalamı öldürməklə, uşaqlarını əsir etməklə öz hədəfini təmin edə bilər. Lakin bilmirdi ki, Allah-taala islam, Quran və Peyğəmbərin təlimlərinin qoruyucusudur. Peyğəmbərlərə qarşı çıxan, onlarla müharibə aparan zülmkarlar tarix boyu peyğəmbərləri öldürüb, yaxud sürgün ediblər və həmişə eyni murdar hədəfi güdüblər. Lakin onların heç biri öz işində müvəffəqiyyət əldə edə bilməyib. Nə Nəmrud müvəffəq oldu, nə Firon, nə də başqaları.
Bundan daha aydın, daha yaxşı olan qələbə vardırmı ki, əsrlər keçdikdən sonra o zülmkarlardan heç bir iz qalmayıb, lakin ilahi peyğəmbərlər və dini rəhbərlər həmişə ayıq və insanpərvər adamların qəlbində yaşayırlar. Xalq onların xatirəsini həmişə əziz tutub yad edir. Bu gün görürük ki, dini rəhbərlərin və əsl qiyamçıların məzarının uzaq yollardan, çoxlu çətinliklərə dözərək gələn ziyarətçiləri vardır ki, oraya gələrək hörmətlə diz çöküb dua edirlər.
Lakin zülmkarların qəbrinin heç bir ziyarətçisi yoxdur, çünki bir şeyləri yoxdur ki, kimsəyə versinlər.
Kərbəla faciəsindən sonra Hüseynin qələbə çalması və Yezidin məğlubiyyətə uğramasının nişanələri aşkar oldu. Çünki xalq Hüseynin varislərini getdikləri hər yerdə sevgi ilə qarşılayır, onların düşmənlərinə lənət göndərirdilər.
Hətta öz ailəsi arasında kimsə Yezidə hörmət bəsləmirdi, bəzi yaxın adamları belə ona etiraz edib, gördüyü pis əməlinə görə onu qınayırdılar.

İmam HÜSEYN ӘLEYHISSALAMIN QISA KӘLAMLARI
1. İmam Hüseyn əleyhissalam Aşura günündə buyurdu: «Xalq dünyaya bağlıdır və dinləri dillərindədir. Dinin onlara zərər yetirmədiyi vaxta qədər onun ətrafında dolanırlar. Imtahan vaxtı gəldikdə isə həqiqi dindarlar azalırlar».
2. O həzrət (ə) oğlu Zeynül-abidinə belə buyurmuşdu: «Allahdan başqa heç bir yardımçısı olmayan kimsəyə zülm etməkdən çəkin».
3. Aşura günündə vidalaşdığı zaman uşaqlarına belə buyurdu: «Ağlamayın, göz yaşı tökməyin, mənim getməyimlə sizin dörd və müsibətləriniz qurtarmayacaq. Bu, sizin narahatçılıq və qəm-kədərinizin başlanğıcıdır. Özünüzü möhkəm saxlayın və bilin ki, Allah sizi qoruyur. Məndən sonra düşmənin qarşısına çıxdığınız zaman sizin dəyərinizi azaldan sözlər danışmayın».
4. Әn pis adam axirətini dünyasına satan şəxsdir.
5. Heç bir yaxşı işi xalqın tərifləməsi üçün görmə və utandığın üçün onu buraxma.
6. Allaha qul olanlar, başqasına qul olmazlar.
7. Qardaşım İmam Həsənin gördüyü işlər Allahın əmrilə olduğu kimi, mənim də gördüyüm işlər Allah əmrilədir.
8. Səni peşman edən və üzr istəməyə məcbur edən sözləri deməkdən çəkin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter