QURANDA MÜƏLLİMİN EHTİRAMI BARƏDƏ NƏ DEYİLİR?
Həzrəti Musa (əleyhissalam) və Xızr peyğəmbərin əhvalatı Quranda \"Kəhf\" surəsində gəlmişdir. Bu əhvalatda Musa (əleyhissalam)-a məmuriyyət verilir ki, müəlliminin ardınca getsin və bilmədiklərini ondan öyrənsin. Quran, həzrəti Xızr peyğəmbərin adını aşkarcasına çəkmir, ondan \"bəndələrimizdən biri\" ünvanı ilə ad aparır. Lakin, çoxlu rəvayətlər, bu alim və müəllimi, Xızır kimi tanıtdırırlar.
Musa kəlimullah (əleyhissalam), risalət sahibi olan peyğəmbərlərdən olmasına baxmayaraq, məmur olur ki, müəllimə müraciət etsin. Həzrəti Musa (əleyhissalam), İsrail övladlarından \"Yuşə ibni Nun\" adlı şücaətli bir cavanla müəllimi ardınca hərəkətə gəlir və nəhayət, onu tapır. Quran buyurur:
\"Musa və yoldaşı nəhayət, müəllimi tapırlar\". Bu dahi müəllimin xüsusiyyətlərindən biri budur ki, ona yüksək bəndə məqamı vermişik. İkinci xüsusiyyəti budur ki, Allah tərəfindən ona böyük rəhmət və fəzl əta olunmuşdur. Üçüncü xüsusiyyəti, Allahın ona elm əta etməsi idi.
Bir şey şübhəsizdir ki, bu şagird, (Musa (əleyhissalam) müxtəlif cəhətlərdən öz müəllimindən üstün idi. Lakin, bütün elmlərin öz müəllimi tərəfindən ona verilməyəcəni bilən halda, bu çətin səfərə dözür və müəlliminin azacıq da olsa, elmindən bəhrələnmək istəyir. Müəllimi ilə görüşərək tam ədəblə sualını belə başlayır:
\"Musa ondan soruşdu: Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?\"(Xızr) belə cavab verdi: Sən mənimlə bir yerdə olsan (törədəcəyim işlərə) əsla dözə bilməzsən\". \"Axı sən bilmədiyin (batininə mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən\"? \"Musa dedi: İnşallah səbrli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!\" (Kəhf surəsi-66-69)
Bu sual-cavabda hər bir şagirdin onu bilməsi və əməl etməsi olan ədəblər və göstərişlər gözə dəyir:
Birinci: Musa (əleyhissalam) özünü öz müəlliminə tabe və tərəfdar kimi tanıtdırır. Ona görə də öz məqam və mərtəbəsini müəlliminin məqamından aşağı bilir.
İkinci: Böyük təvazökarlığla sual edib, soruşur: \"İcazə verirsinizmi sizin hüzurunuzda elm öyrənim?\"-özünü ən son təvazökarlıqla müəllimə nişan verir.
Üçüncü: Bu şagird, özünü müəllimin müqabilində cahil və nadan kimi tanıtdırır. \"Əgər mənə öyrətsəniz\" -cümləsi ilə müəlliminə böyük hörmət və məqam verir.
Dördüncü: Şagird və müəllim əlaqələrində bu mövzulara işarə olunur: Tabe olmaq, təlim, öyrənmək xidməti. Yəni, şagird ilk növbədə müəlliminə tabe olmalıdır ki, nəhayətdə, onun elm və biliyindən bəhrələnə bilsin.
Beşinci: \"Əgər mənə öyrətsən\" -cümləsindən məlum olur ki, Musa (əleyhissalam) yalnız, elm ardıncadır. Mal-dövlət və məqam ardınca deyildir. Bu da böyük bir mətləbdir ki, tələbələr və şagirdlər təhsil mərhələlərində ona diqqət etməlidirlər. Şagirdin müəllimdən elmi cəhətdən istifadə etməsindən başqa heç bir niyyəti olmamalıdır.
Altıncı: \"Öyrədildiyin elmin\" cümləsindən məlum olur ki, Musa (əleyhissalam) etiraf edir ki, Xızra Allah-taala tərəfindən xüsusi elm öyrədilmişdir. Nəticə alırıq ki, müəllimin məqamı Allah yanında ucadır və bəşər elmini kökdə, Allahdan alır.
Yeddinci: \"İnkişaf\" kəlməsi, Musa (əleyhissalam)-ın ondan irşad və elm tələb etdiyini bəyan edir. Musa (əleyhissalam) Xızrın hidayət bərəkətindən bəhrələnmək istəyir.