Yəhudi alimin Peyğəmbərə (s) verdiyi suallar
Yəhudi alimlərindən biri Rəsulullah (s.a.v.v)-in yanına gələrək dedi:
Yalnız Peyğəmbərlərə məlum olan xüsusiyyətlər haqqında soruşacaqlarımız barəsində bizə xəbər ver. Peyğəmbər istədiyiniz şey barəsində soruşun, lakin Yaqub (ə) övladlarından vəd aldığı kimi sizdə Allah qarşısında vəd verin ki, əgər görsəniz dediklərim doğrudur mənə tabe olub islam dinini qəbul edəcəksiniz. Onlar qoy sən deyən olsun dedilər.
Peyğəmbər istədiyinizi soruşun deyə buyurdu:
Onlar dörd xüsusiyyət barəsində bizə xəbər ver dedilər.
1-Tövrat nazil olmamışdan əvvəl Yaqub (ə) özünə nəyi haram etmişdir?
2-Kişinin belindən və qadının köksündən gələn suyun keyfiyyəti necədir və necə olurki uşaq oğlan olur?
3-Yazıb oxumağı bacarmayan Peyğəmbər necə yatır?
4- Hansı mələk onun sevimli dostudur?
Peyğəmər dediklərinizə doğru cavab versəm Allah qarşısında verdiyiniz vədi yerinə yetirmək və mənə tabe olmaq sizə vacib olacaqdır deyə buyurdu.
Peyğəmbər (s.a.v.v) sualların cavabını belə verdi:
1-Yaqub (ə) çox şiddətli xəstəliyə tutulmuş və xəstəliyi uzun müddət davam etdiyinə görə Allaha nəzir etmişdirki əgər ona şəfa versə ən sevimli yeməyini və içkisini özünə haram edəcəkdir. Onun ən sevimli yeməyi dəvə əti ən sevimli içkisi isə dəvə südüdür deyə buyurdu.
2-Kişinin belindən gələn su ağ rəngli qatı maye,qadının köksündən gələn su isə sarı rəngli duru mayedir.Bunlardan hansı ütünlük təşkil etsə uşaq Allahın izni ilə üstünlük təşkil edənin cinsindən olar və ona oxşayar.Kişinin belindən gələn ağ rəngli maye üstünlük təşkil etsə uşaq oğlan , qadının belindən gələn su üstünlük təşkil etsə uşaq qız olar .
3-Yazıb oxumağı bacarmayan Peyğəmbərin gözləri yatır, qəlbi isə oyaq qalır buyurdu.
4-Peyğəmbər həqiqətən mənim sevimli dostum Cəbrail (ə)-dır. Allah elə Peyğəmbər göndərməyibki Cəbrail onun dostu olmasın.
Onlar bu yerdə səni tərk etməli olacağıq dedilər. Əgər sənin dostun o yox başqa mələk olsaydı dediyini təsdiq edərdik və sənə tabe olardıq.
Peyğəmbər sizə dediyimi təsdiq etməyə mane olan nədir? deyə buyurdu.
Onlar o bizim düşmənimizdir. Əzab, ölüm və müharibə gətirən Cəbrail əgər rəhmət, bitki və yağış gətirən Mikail desəydin doğru olardı dedilər.
Bu zaman bu ayə nazil oldu:
De kim Cəbrailə düşməndirsə onu yaxşı bilsinki həqiqətən o özündən əvvəlkiləri Tövratı və İncili təsdiq edən,mömünləri doğru yola yönəldən onlara müjdə verən Quranı Allahın izni ilə sənin qəlbinə çatdırmışdır (əl-Bəqərə 97)