Nədən tarİxdə Fədək bağı məşhurdur?



Xeybər yaxınlığında yerləşən “Fədək” münbit torpağa malik meyvə və ən əsası xurma bağlarının bol olduğu yer idi. Orada yəhudilər yaşayırdılar. Hicrətin 7-ci ilində, Xeybərin fəthindən sonra təqribən Peyğəmbərin (s) vəfatından dörd il əvvəl Cəbrəil (ə) nazil oldu. O Fədəyin fəth olunması hökmünü Allah tərəfindən Peyğəmbərə (s) çatdırdı.Bu hökmdə açıq-aydın əmr olunmuşdu ki, Fədəyin fəthi yalnız Peyğəmbər (s) və Əmirəlmöminin (ə) vasitəsilə icra olunmalı,müsəlmanlar isə bu işdə iştirak etməməlidirlər.
Peyğəmbərimiz (s) və Əli (ə) gecə ikən silahlanıb yola düzəldilər.İki nəfərin bir qalanı fəth etməsi adi bir iş deyildi.Allah-təala həmişəki kimi Peyğəmbərimizin (s) işini öz qaydasında qələbəyə doğru apardı və beləliklə heç kəsin iştirak etmədiyi bu işdə Onlar qələbə çaldı.Fədək fəth olundu
“Fədək” fəth olunan kimi Rum surəsinin 38-ci ayəsi nazil oldu.
“Ya Rəsulum!Ən yaxın adamına (Allahın vacib buyurduğu) haqqını ver!”Peyğımbər (s) Cəbrəildən (ə) soruşdu: Məqsəd kimdir və bu haqq hansı haqdır?
Cəbrəil (ə) dedi: “Fədəyi Fatiməyə (s.a) hədiyyə et.”
Peyğəmbər (s) Həzrət Zəhranı(s.ə) yanına çağırıb buyurdu: Allah-təala Fədəyi atan üçün fəth etdi.İslam qoşununun bu fəthdə heç bir rolu olmayıbdır.Heç kəsin onda haqqı yoxdur.Allahın hökmü də onu sənə hədiyyə etməkdir.Sən də onun gəlirini özün və övladların üçün xərclə!
Peyğəmbər (s) bir kağız istədi.Sonra Əlini (ə) yanına çağırıb buyurdu:Fədəyin sənədini “Peyğəmbərin bəxşişi və hədiyyəsi” ünvanı altında yaz və onu saxla! Əli (ə) sənədi yazıb hazırladı və Peyğəmbər (s.a.v.v.) ,Ümmi Əymən onu imzaladı.Daha sonra Peyğəmbər (s) buyurdu: “Ümmü Əymən Behişt əhlidir”.
Qəsbkarları bir sual narahat edirdi:Nə üçün Fədək Fatimənin (s.ə) əlində olmalıdır?Hər nə bəhanə ilə olur olsun,gərək “Fədək” onun əlindən çıxsın.
Əbubəkr və Ömər qabaqcadan qurulmuş bu plan ilə Fədək məsələsini xalq arasında müzakirəyə qoydular. Onlar iddia etdilər ki Fədək müsəlmanların döyüş qənimətidir və gərək onun gəliri İslam düşmənləri ilə mübarizə yolunda istifadə olunsun.Bu,gərək bir nəfərin əlində olmasın. Beləliklə onlar öz sözlərini,öz işlərini zorla da olsa həyata keçirtdilər.
Əbubəkr və Ömər Fədəyi qəsb etməmişdən əvvəl,öz zahiri rəftarlarını təmizləmək üçün Əli (ə) –ın yanına gəlib dedilər:Peyğəmbərdən (s.a.v.v.) qalan mülk haqqında nə deyirsən?
Əli (ə) buyurdu:Biz Peyğəmbərdən (s) qalan mülkə yiyələnməyə daha layiqiq.
Dedilər: Hətta Xeybərdə olanlara da yiyələnməyə layiqsiniz?
Həzrət buyurdu: Bəli, hətta Xeybərdə olanlara da yiyələnməyə layiqiq.
Dedilər: Hətta Fədəkdə olanlara da?
Həzrət buyurdu: Hətta Fədəkdə olanlara da.
Onlar Əli (ə)-ın bu sözlərini eşitməklə narahat oldular və dedilər:And olsun Allaha ,nə etsəniz də bu iş baş tutmayacaq.Onlar bu sözləri ilə Fədəyi qəsb etmək barəsində öz ciddi qərarlarını açıq surətdə elan etdilər.

Fədək xanım Zəhranın (s.ə) ixtiyarında idi.Əbubəkr və Ömər elan etmədən,qüdrət və zordan istifadə edərək bir neçə nəfəri Fədəyə göndərdilər.Xanımın Fədək məntəqəsindəki nümayəndəsini iş yerindən qovub,bütün mühasibat dəftərlərini öz əllərinə keçirtdilər.Fədəkdən gələn qazanc kasıb –füqaraya xərclənirdi. Onlar isə Fədəyin gəlirini öz əllərinə keçirtmək üçün Fədək əhalisini onlarla həmkarlıq etməyə vadar etdilər.

Xanım Fatimənin (s.a) bütün cəhdlərinə baxmayaraq Fədək onun əlindən alındı və onun gəliri mənfur səbəblərə xərcləndi.Həm peyğəmbərimizə xəyanət etdilər,həm də Allahin(c.c)əmrini sındırmış oldular.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter