Peyğəmbərimiz (s) necə dəstəmaz alardı?
İmran ibn Əban deyir: Osman ibn Əffan dedi ki, Rəsulullah (s) bir gün dəstəmaz almaq üçün su istədi. Əvvəl ağzını yaxaladı, sonra istinşaq etdi (burnunun içinə su vurdu), 3 dəfə üzünü, sağ qolunu, sol qolunu yuyub, başına və hər iki ayağına məsh çəkdi, sonra gülümsəyib buyurdu: “Məndən gülümsəməyimin səbəbini soruşmursunuz? Dedilər ki, gülüşünə nə səbəb oldu, ey Allahın elçisi? Buyurdu: Əgər bir Allah bəndəsi dəstəmaz üçün su istəyib üzünü yuya, Allah-təala onun üzü ilə etdiyi günahları bağışlayar, əgər hər iki qolunu yusa, yenə elə olar (əli ilə etdiyi günahlar bağışlanar). Əgər başına məsh edib hər iki ayaqlarını təmizləsə, elə o cür olacaq.
Möhtərəm oxucu, bu hədisə diqqət edin. Osman Rəsulullahın (s) dəstəmazını şiə dəstəmazı kimi nəql edir. O rəvayətə oxşarını şiə rəvayətlərindən nəql edirik. Tanınmış səhabə Zürarə deyir:
İmam Baqir (ə) Rəsulullahın dəstəmaz almasını belə açıqlayıb buyurdu:
Rəsululllah (s) bir qab su istədi, o qabdan bir ovuc su götürdü, üzünün yuxarı hissəsindən tökdü, sonra əlinin köməyi ilə suyu üzünün bütün hissələrinə vurdu, sonra sol əli ilə həmin qabdan su götürdü, sağ əlini yuxarıdan aşağıya qədər yudu və suyu əli ilə (qolunun) bütün üzvlərinə vurdu. Sonra sağ əli ilə həmin qabdan su götürüb sol əlinə tökdü, sağ əlini yuduğu kimi onu da yudu, sonra əlində qalan rütubət və nəmliklə baş və ayaqlarını məsh etdi.
Bu hədisdə Əhli-sünnə mənbəsindəndir, məncə artıq şərhə ehtiyyac yoxdur.
Əhməd ibn Hənbəl, Müsnəd, 417-ci hədis.