\"Bİsmİllahİr Rəhmanİr Rəhim\" zİkrİnİn fəzilətləri nədİr?


Həzrət Rəsuli Əkrəm (s.ə.v.v.) buyurub: \"Hər bir məsuliyyətli iş \"Bismillahir Rəhmanir Rəhim\" ilə başlamasa, naqis və natamam qalacaq.

Həzrət Məhəmməd (s.ə.v.v.) buyurub: \" Hər zaman bəndə \"Bismillahir Rəhmanir Rəhim\"i oxusa şeytan ondan qaçar.\"

İmam Sadiq (ə) buyurub: \" Sizlərdən biri dəstəmaz alanda, yeyəndə, içəndə və ya paltar geyinəndə yaxşı olar ki, \"Bismillahir Rəhmanir Rəhim\"
desin. Əgər belə etməsə, şeytan o işdə iştirak edəcək.

Həzrət Məhəmməd (s.ə.v.v.) buyurub: \" Hər kəs gecə yarısı ibadət üçün oyanmaq istəsə, öz yatağında yatarkən gərək desin: \"Bismillahir Rəhmanir Rəhim\", Pərvərdigara! Məni öz məkrindən asudə etmə, öz zikrini yadımdan çıxartma, məni qafillər dəstəsində qərar vermə və mən filan saatda yuxudan oyanım.\" Şübhəsiz Allah-Təala onun üçün həmin saatda onu oyatmaq üçün bir mələk təyin edər.\"

İmam Sadiq (ə) buyurub: \" İdrar və ya bundan qeyrisi üçün soyunduğunuz zaman, Bismillahir Rəhmanir Rəhim deyin. Çünki belə surətdə şeytan sizə işiniz qurtarana qədər baxmaz.\"

İslam peyğəmbəri (s.ə.v.v.) soruşuldu: \" Şeytan insanla bir şey yeyir? O həzrət buyurdu: Bəli, hər bir süfrə başında \"Bismillahir Rəhmanir Rəhim\" deyilməsə, şeytan onlarla yemək yeyər. Buna görədə Allah o süfrədən bərəkəti götürür.

Rəsuli Əkrəmin (s.ə.v.v.) belə buyurduğu nəql olunur: \" Bəndə hər zaman yatan vaxtı \"Bismillahir Rəhmanir Rəhim\" desə, Allah-Təala buyurar: \"Mənim mələklərim! Onun sübhə qədər aldığı nəfəsləri, həsənat hesab edin və onun üçün yazın.

İmam Kazım (ə), Rəsulullahın (s.ə.v.v.) belə buyurduğunu nəql edir: \" Əgər bir kəs öz miniyinə minəndə Allahın adını çəksə, bir mələkdə onun ardınca o miniyə minər və onu minikdən düşənə qədər qoruyar. Əgər yox minən zaman Allahın adını çəkməsə, şeytan onun ardınca minib, ona yoldaş olar!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter