\"Beytul-mal\"ın hansı qİsmlərİ mövcuddur?
Haram tikənin ən çətini ümumi mallara və beytul-mala riayət etməkdir. Əgər bir şəxsin mallarını istifadə edib, zay etsən bir nəfərin haqqı boynuna gəlir, amma ümumi mallard isə hamının haqqı boynuna gəlmiş olur.
İmamların (ə) və onları tərbiyyə etdiklərinin həyatlarına diqqət etdikdə bu sahədə necə ehtiyyatlı olduqlarını görərik. Onların bu işləri həyat üçün ibrət götürülməsi lazım olan nümunələrdir.
Əli (ə) özü “ Nəhcül-bəlağədə ” and içir ki, bir gün qardaşım Əqili kasıbçılıqda gördüm. O, məndən sizin buğdalarınızdan istədi. İmkansızlıqdan uşaqlarnın rəngi dəyişmişdi, toz-torpaq içində idilər. Sanki çöhrələri qara rəngə boyanmışdı. Bir neçə dəfə yanıma gələrək həmin sözünü təkrar edirdi. Bir dəmir parçasını istiləşdirib, ibrət aması üçün onun bədəninə yaxınlaşdırdım. Ağrısından xəstə adam kimi nalə çəkib, şivən qopardı. Ona dedim : Anan matəmində ağlasın, insanın özünü oynatması üçün istiləşdirdiyi dəmir parçasından nalə çəkirsən, amma məni ALlahın öz qəzəbiylə alovlandırdığı oda çəkirsən? Sən bundan əziyyət çəkirsənsə, bəs mən cəhənnəm atəşindən nalə çəkməyəcəm? (“ Nəhcül-bəlağa ” -səh-346, xütbə -224))
Başqa bir hadisədə Əqil İmam Əli (ə) –ın yanına gələrək dedi:
Borcum var, onu ödəmək üçün mənə müəyyən məbləğdə pul ver.
İmam buyurdu: Borcun nə qədərdir?
Əqil cavab verdi. Həzrət buyurdu: mənim o qədər pulum yoxdur, səbr elə beytul-maldan əmək haqqım ödənilsin, onu sənə verəcəyəm.
Əqil : bütün beytul-mal sənin ixtiyarındadır və yənə deyirsən ki, səbr edim və beytul-maldan əmək haqqının ödənilməsini gözləyim?! Sənin əmək haqqın nə qədərdir ki? Onun hamısını mənə versən nə qədər olacaq?
İmam buyurdu: Mən, sən və bütün müsəlmanlardan hər birinin digərindən heç bir üstünlüyü yoxdur. Əgər razısansa qılıncını götür, mən də qılıncımı götürüm birlikdə Hiyrəyə gedək. Orada sərvətli tacirlər yaşayır. Gecə vaxtı onlardan birinə hücum edib mallarını alaq.
Əqil dedi: Yəni oğurluq edək? İmam buyurdu: Bir nəfərin malını oğurlamaq yaxşıdır, yoxsa hamının malını oğurlamaq? (Biharul-ənvar, c-41, səh -114).