Allah Zikrinin faydası nədİr?


“Zikr zamanı mənə e’timadın olsun, mənə e’timadı olan insanın diqqətini mənim zikrimə yönəlt.”

Allah zikri imanlı rəftarı gücləndirir, insan xoşbəxtliyini tə’min edir. Həyatdakı bir çox qərarlar və rəftarlar istər-istəməz insanın e’tiqadlarından qaynaqlanır. Hətta öncədən e’tiqadını yada salmamış şəxs addım atdıqda uyğun e’tiqaddan tə’sirlənir. İlahi e’tiqadlar mö’min insanın rəftarlarının mənbəyidir. . Mö’min insanla dinsiz insanın əməlləri zahirən eyni görünə bilər. Amma uyğun əməllərin mahiyyətinə varsaq ciddi fərqlərlə rastlaşarıq. Dinsiz insan addım atarkən yalnız dünya ləzzətlərini, mö’min insan addım atarkən həm də axirəti nəzərdə saxlayır. Mö’min və dinsiz tələbə hər ikisi təhsildə çalışır, amma yalnız mö’min tələbənin təlaşları dəyərlidir. Çünki bu tələbə ali məqsəd uğrunda sə’y göstərir.
Bəli, bizim rəftarlarımız iman və mə’rifətimizdən asılıdır. Bu səbəbdən də Allah-təala bə’zi ayələrdə saleh əməli imanla yanaşı zikr etmişdir. Bu yolla nəzərə çatdırılır ki, əməlin dəyəri Allaha imandan asılıdır və saleh əməl Allaha imandan qaynaqlanır. “İman gətirib saleh işlər görənlər behişt əhlidir və orada əbədi qalacaqlar.” “İstər kişi, istər qadın saleh iş görüb mö’min olsa, hökmən ona pak bir həyat verərik. Onları gördükləri yaxşı işlərə görə mükafatlandırarıq.” “Axirəti istəyib son həddə çalışan və mö’min olan hər kəs təlaşı dəyərləndirilənlərdəndir.” (Isra 19)
Saleh əməl imandan qaynaqlandığı kimi, iman da öz növbəsində elm və mə’rifətdən nəş’ət tapır. Bəli, saleh əməl iman mərtəbəsi ilə əlaqəlidir.Müəyyən bir həqiqətdən xəbərdar olduğumuz vaxt həmin xəbərdarlığa diqqətli olduqda onun tə’sirlərindən faydalanırıq. Bəli, nəzərdə saxlanılan mə’rifət rəftarlara tə’sir göstərir. Diqqət elmdən fərqli bir həqiqətdir. Bə’zən insanın elmi olur, amma diqqəti olmur. Məfhumundan xəbərdar olduğumuz bir həqiqətin nümunələrinə diqqətsiz qalmağımız da mümkündür. Həqiqəti tə’sirli edən onun nümunələrinə diqqətdir. Diqqət nə qədər əhatəli olarsa, onun tə’siri də güclü olar. Namaz və orucdan başlamış bütün ictimai-siyasi fəaliyyətlərimiz Allaha diqqətdən tə’sirlənir. İman və diqqətimiz nə qədər güclü olarsa, onların əməldə tə’siri də güclü olar.
Bilirik ki, iman əməlin ruhudur. Amma bunu bilmək bəs etmir. Bunu əməl məqamında unutmamaq lazımdır. Yalnız əməldə özünü göstərən iman və diqqət dəyərlidir.

“O kəslər ki, iman gətirmişlər və qəlbləri Allah zikri ilə aramlıq tapır. Bil ki, qəlblər Allah zikri ilə aram olur.” (Rəd 28)

“Pərvərdigara! Mənə öz zikrində heyranlığı ilham buyur.” (Həzrət Əli ə.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter