İman zəİflİyİ xəstəlİyİnİn əlamətlərİ NƏDİR?


Həqiqətən, iman zəifliyi xəstəliyinin bir çox əlamətləri və təzahürləri vardır. Onlardan:

1. Günaha düşmək və haram işlər görmək: : günahkarlar günah işlədərkən gah bu günahda israrlı olar, gah da cürbəcür günahlar edərlər.
2. Qəlbin sərtliyini və kobudluğunu hiss etmək : Sərt qəlbli insana ölüm barədə söhbət, hətta meyitləri və cənazələri görmək belə təsir etməz.
3. İbadətlərdə mükəmməl olmamaq : Namaz, Quran tilavəti, dualar və s. ibadətlər əsnasında fikir dağınıqlığı, zikrlərin mənaları haqqında dərindən fikirləşməmək, əzbərdən bildiyi zikirləri yeknəsək və cansıxıcı şəkildə etmək bu qəbildəndir.
4) İtaətlərdə və ibadətlərdə tənbəllik etmək və ya onları yerinə yetirməmək. Bu formada edilən ibadətlər yalnız quru və ruhsuz hərəkətlərdən ibarətdir.
5) Can sıxıntısı, şəhvət dəyişkənliyi, qapalı xasiyyətlilik
6) Qurandan, onun müjdəsindən, əzabından, əmrindən, nəhyindən və qiyaməti vəsf edən ayələrindən təsirlənməmək.
7) Allah taalanı zikr etməkdən, ona dua etməkdən qafil olmaq.
8) Allahın haram buyurduğu əməllər edildikdə hirslənməmək.
9) Şöhrətpərəstlik.
10) Xəsislik və paxıllıq : zəif iman sahibi sədəqə diləyən bir kəsə sədəqə verməz, hətta müsəlman qardaşının ehtiyac içində olduğunu görsə belə, Allah yolunda nəyindənsə keçməz.
11) İnsanın etməyəcəyi bir işi söyləməsi. Allah taala buyurur: «Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar» (əs-Saf, 2-3).
12) Müsəlmanın uğursuzluğa, itkiliyə, aclığa, müsibətə düçar olduqda sevinmək, şənlənmək .
13) Hadisələrə, günaha düşmək və ya ancaq günaha düşməmək cəhətindən baxmaq və məkruh əməllərə göz yummaq . Bəzi insanlar hər hansı bir əməl etmək istədikdə, xeyir əməllər barəsində soruşmurlar. Yalnız edəcəkləri əməlin günaha səbəb olub-olmadığını, haram, yoxsa, sadəcə bəyənilməyən əməl olduğunu soruşarlar.
14) Yaxşı əməllərə xor baxmaq, kiçik xeyir əməllərə laqeydlik göstərmək .
15) Müsəlmanların problemlərinə qarşı diqqətsizlik və həmin problemlərə fəaliyyətsiz yanaşmaq, dua, sədəqə və ya hər hansı bir yardımla kömək etməmək
16) Qardaşlar arasında qardaşlıq əlaqələrinin kəsilməsidir.
Peyğəmbər (s) buyurur: «Aralarında günah olduğu zaman iki nəfərdən birinin bu günahı digərinin üzünə vurması ilə, onlar Allah qatında və islamda dost ola bilməzlər» (Buxari, «əl-Ədəb əl-Mufrad», 401; Əhməd, «Musnəd», 2/68; «Səhih hədislər silsiləsi», 637).
17) Dinin tələb etdiyi əməllərə məsuliyyətsiz yanaşmaq.
18) Bəla və ya hər hansı bir problemlə üzləşərkən qorxmaq.
19) Münaqişənin, çəkişmələrin və qəlbi sərtləşdirən riyakarlığın çoxluğu .
20) Dünyada bağlılıq, ona alüdə olmaq, onunla rahatlıq tapmaq.
21) İnsan kəlamını və əqli düşüncəyə söykənən fikirlərini əsas kimi götürmək . Belə olduqda tədricən iman xüsusiyyətləri itirilir, hətta həmin insanların fikirlərində Qurani Kərimdən, peyğəmbərin (s) hədislərindən və saleh insanların həyatlarından bir əsər-əlamət olmadığı halda onlara tapınırlar.
22) yemək, içmək, geyim, məskən, minik və s. qarşı istəyə, həvəsə həddindən artıq həvəs göstərmək

Allah bizi hidayət etsin və qəlblərimizə şəfa versin. Amin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter