NӘ ÜÇÜN ŞİӘ MƏZHƏBI CӘFӘRİ MӘZHӘBİ ADLANIR?
Şiə məzhəbinin İmam Cəfər Sadiq (ə)-ın elmi və siyasi fədakarlıqları sayəsində genişlənib yayılması üçün bu məzhəbə Cəfəri məzhəbi adı verilmişdir. Bizim məzhəbimiz Cəfəri məzhəbidir və biz bu adla fəxr edirik. Çünki həzrət Peyğəmbərin (s) əsil islamının missiyasını İmam Hüseynin qanında, bəyanını isə İmam Sadiqin təlimlərində tapmaq mümkündür. Cəfəri islamı, Әli əleyhisslamın yolunda cihad etdiyi, Həsən (ə)-ın sülh etdiyi, Hüseyn (ə) şəhid olduğu, Səccad (ə)-ın əsir düşdüyü islamdır. Әgər islam, hökumdarlarının qəsb olunmuş taxtda oturduqları, Zəhranı qəzəbləndirən və Әlini zalıma beyət etməyə məcbur edən islam olsaydı, heç vaxt belə bir islama boyun əyməzdik. Çünki bilici, mömin və Peyğəmbərin xanədanına etiqad bəsləyən alimlərin məntiqinə görə, Peyğəmbərin ailəsinin kənarda qaldığı islam hökmdarlarını müaviyələr, yezidlər və mütəfəkkirlərin icad etdiyi islamdır. Әləvi şiəliyin tarixi sübuta yetirmişdir ki, hər kəs Әli (ə) xanədanını çıxmaqla islamı qəbul etsə, bu yolda nə qədər çalışsa belə heç bir yerə çatmayacaq və axırda da müstəmləkəçilərin əlaltısına çevriləcəkdir.