Şeytana hər cəhətdən yaxın olanlar KİMLƏRDİR?
Peyğəmbər (s.) bir gün səhabələri ilə oturmuşdu. Bu vaxt qapı döyülür. Şeytan insan surətində Peyğəmbər (s)-ın hüzuruna gəlib deyir: Ya peyğəmbər (s) mən Allah tərəfindən göndərilmişəm. Hər nə soruşsan düzünü deyəcəyəm. Allah mənə əmr edib. Peyğəmbər (s) buyurdu: Mən Allah tərəfindən şeytandan bəzi qısa-qısa suallar soruşdum.
-Ya İblis sənin həmsöhbətin kimdir? Şeytan cavab verir: Faizçilər.
-Yataq dostun kimdir?
-Sərxoşlar
-Qonağın kim olur?
-Oğru, sehrbazlar mənim elçimdir
-Sənin gözünün nuru nədir?
-Bir ailənin dağılması
-Sevgilin kimdir?
-Cümə namazını tərk edən
- Ey lənətlənmiş, qəlbini nə sındırar?
- Allah yolunda cihad edənlər
-Sənin bədənini kim əridər?
- Tövbə edənlərin tövbəsi
- Ciyərini nə parçalar?
- Gecə və gündüz Allaha olan zikrlər. O zaman mən xəstə oluram
- Üzün nə zaman turşar?
- Gizli verilən sədəqə
- Gözlərini nə kor edər?
- Gecə namazı
- Başını əydirən nədir?
- Çoxlu qılınan camaat namazı.
Ya Muhəmməd Allahdan istədim ki, Adəm oğullarını mən görüm, onlar məni görməsin. Ya Muhəmməd bil ki, yalan məndədir, yalan deyən də mənəm, kim yalan söyləsə o mənəm, yalan deyən sevgilimdir, kim yalandan and içsə dostumdur. Qeybət və ələsalma mənim meyvələrimdir və şənliyimdir. Ya Peyğəmbər insanlar hər zaman namaza tələsmək istərlər. Yəni namaz qılmaq istəyəndə tutaram, mane olaram, bunu məcbur edərəm və deyərəm ki, hələ vaxtın var, işinə bax, sonra qılarsan. Beləcə vaxt keçəndən sonra namaz qılar, namazı namaz olmaz. Qıldığı namaz rədd edilər, üzünə vurular. Əgər məni rədd etsə, şeytanı insan cildində göndərərəm, onu namazdan qoyaram. Əgər bunda da məni rədd etsə namaza girib sola bax, sağa bax deyərəm. Bu şəkildə baxar. Bu zaman onun üzünə əl çəkib alnından öpərəm. Məhəmməd hər kim sağa-sola baxsa Allah onun namazını qəbul etməz. Əgər bunu da edə bilməsəm, tək başına namaz qılanın yanına gedərəm, ona tez qılmağı əmr edərəm. O da başlar namazı tez-tez qılmağa. Xoruz ağzı ilə yerdən dən yığdığı kimi səcdəyə gedər, gələr. Bədənin Allaha yaxın vaxtı səcdədir. Şeytan insanı Allaha yaxın olmasını istəməz. İnsana bunu da etdirə bilməsəm, gedirəm camaat namazına. Onun yanına gələrəm, başını birdən qaldıraram. İmamdan əvvəl səcdəsini etdirərəm Namaz vaxtı barmaqlarını tərpədərəm. Beləcə Allaha yox, mənə təsbih edər. Əgər bunu da etməsə burnuna üfləyərəm, əsnəməyə başlayar. Əgər əli ilə ağzını bağlamasa kiçik bir şeytan ağzına girər. Mənim balalarım çoxalar. Bunu əldə etsəm həmin insan bizə xidmət edər, sözümüzü dinlər.