HƏKƏMEYN ƏHVALATI necə baş verdİ?
HƏKƏMEYN ƏHVALATI
Möminlər ağası Həzrət Əli (əleyhissalam)-ın xilafəti dövründə baş verən ən mühüm hadisələrdən biri də Həkəmeyn əhvalatıdır ki, onu burada xülasə də olmuş olsa qeyd etməyi lazım bildik. Həzrət Əli (əleyhissalam) 36 hicri ilinin Şəvval ayının 5 də ki, bu da hökumətinin birinci ilinə təsadüf edir. Müaviyənin təcavüzkar ordusunun məğlubiyyətə uğratmaq üçün silahdaşları ilə birlikdə Siffeyn vilayətinə (İraqla Şam arasında) yola düşür. Bu müharibə 18 ay davam edir. Müharibənin sonunda artıq Əli (əleyhissalam) qələbəsi ehtimalı möhkəmlənmir. Müaviyə ordusunun isə məğlubiyyət nişanələri sezilirdi.
Bu həlledici böhranda məlun Əmr As tərəfindən (Müaviyənin xüsusi müşaviri) bir hiylə quruldu.
Belə ki, Müaviyə ordusunun Quranları nizə başına keçirmələri planlaşdırıldı, eləcə də qoşunun “Ey Əli (əleyhissalam)-ın ordusu gəlin hər iki tərəf arasında Quran hakim olsun. Quran hər nə hökm etsə onlu qəbul edək. Müharibə və qan axıdılmasının qarşısını alın.\"
Zahirdə xoş, batində isə aldadıcı sui-qəsddən savayı bir şey olmayan baş tumuş hiylə əsgərləri aldatdı. Daha Həzrətin müharibəni davam etdirmək barədə əmrlərinin dinləmədilər. Həzrət bunun Müaviyə ilə Əmr Asın aldadıcı hiylələri olmasını onlara başa saldısa da əsgərlərdən bir çoxu Əlinin (əleyhissalam) sözünə etina etmədi. Elə bunlar görə də Əli (əleyhissalam)-ın ordusunda ziddiyyət əmələ gəldi.
Nəticədə Müaviyənin ordusu müqəddəs kitabın fərmanını məhv edib tapdadılar. Bu ziyan verici hiylə nəticəsində Əli (əleyhissalam)-ın ətrafındakıları aldatdılar. Həzrət Əli (əleyhissalam) onlara nə qədər nəsihət etdisə də ona qulaq asan tapılmadı. Bu zaman İmam Allaha pənah aparıb belə buyurdu:
“Allahım, sən bilirsən ki, onların hədəfi Quran deyildi.” Sözün qısası budur ki, Əli (əleyhissalam)-ın minlərlə yaxın köməkçlərindən, eləcə də Əşəs ibni Qeys (münafiqlərin başçısı) din və əqidə oğrularının zahirdəki aldadıcı oyunları ilə həmin əqidədən sui istifadə edərək hətta Müaviyə tərəfdarlarından daha alçaqcasına Əli (əleyhissalam)-ın ətrafını tutdular və belə fəryad edib dedilər:
“Allahın əmrindən başqa fərman yoxdur.” onlar Həzrət Əli (əleyhissalam)-a Müaviyə ilə müharibəni dayandırmağı qəbul etdirdilər ki, məktubundan sonra Həkəmiyyət mövzusunu irəli çəkdilər. Belə ki, həm İmam Əli (əleyhissalam), həm də Müaviyə ordusu tərəfindən bir nəfər nümayəndə təyin olunsun.
Həzrət Əli (əleyhissalam) Həkəmiyyətə qol qoymağa məcbur edildikdən sonra Abdullah ibni Abbası öz nümayəndəsi kimi təklif etdi. Çünki, məhz Abdullah Əmr Asın aldadıcı hiyləsinin öhdəsindən yaxşılıqla gələ bilərdi.
Müaviyə də Əmr Ası nümayəndə ünvanıyla təyin etmişdi. Əşəs ibni Qeys Müaviyənin gizli qasidi idi. O, ibni Abbasın bu həkəmiyyətdə olmasına qarşı çıxdıqda Həzrət Əli (əleyhissalam) Malik Əştərin nünayəndəliyini irəli sürdü. Bu seçki ilə də müxalifət olunduqda vəhdəti qorumaqdan ötrü Əli (əleyhissalam) məcbur oldu ki, onların təklif etdiyi Əbu Musanın Həkəmiyyətini qəbul etsin. Qərardaddan sonra yenə də bir qrupun bu qərardadı qəbul etmələri bildirildi.
“Hökumət yalnız Allaha məxsusdur”
Əmr As qırx nəfərlə Əbu Musa isə dörd yüz nəfərlə Dəvmətil cundəl də (Həkəmiyyət məhəllində) hazır olduqda müzakirənin sonunda hiyləgər Əmr As tam xüsusi bir iclasda nadan Əbu Musadan son nəzərini soruşub dedi: Son nəzərin nədir?
Əbu Musa dedi: Mən hər ikisini (Əli və Müaviyəni) xilafətdən götürür müsəlmanları isə xəlifə seçmək üçün şuraya dəvət edirəm. Əmr As öz hiyləsinin baş tutduğunu gördükdə yalandan and içdi ki, bu yaxşı fikirdir.
Ümumi iclas qurulduqda Əmr As Əbu Musaya dedi: Sən də öz fikrini söylə Əbu Musa fikir söyləməkdə qabağa düşməsini israr etsə də o qabağa düşüb dedi: “Mən Əli və Müaviyəni xilafətdən kənarlaşdırıram. Özünüz yığışıb yeni bir xəlifə seçin.” Bu zaman Hiyləgər Əmr As cəldə yerindən durub: Əbu Musanın dediyini eşitdiniz. O öz rəisi Əli (əleyhissalam)-ı xilafətdən götürdü, yəni kənarlaşdırdı, elə mən də onu kənar hesab edib yerində isə öz rəisim Müaviyəni təyin edirəm, deyib öz üzüyünü sağ əlinədn çıxardıb sol əlinə keçirdi və Əli (əleyhissalam)-ı viladətdən bu cür çıxarıb Müaviyəni onun yerinə nəsb edirəm-dedi.
Yuxarıda qeyd olunan Əli (əleyhissalam)-ın xilafəti zamanı ən iyrənc və siyasi hadisələrdən biri hesab olunur. Məhz Həkəmeyn əhvalatı da həmin Xəvaricləri əmələ gətirmişdilər. Baxmayaraq ki, Əli (əleyhissalam) Əgər Abdullah ibni Abbası bəyənmirsinizsə onda yerinə Malik Əştəri göndərin- deyə buyurmuşdu, ancaq Əşəs və onun əshabı isə cavabında belə demişdilər.
Biz Əbu Musadan başqa bir kəsi təyin edə bilmərik. “Hər halda o şey ki, olacaqdı oldu” lakin çox təəccüblü idi ki, çirkin Həkəmeyn macərasının bais və baniləri sonradan öz peşmanlıqlarını büruzə verərək tam həyasızlıqla bütün günahları Əli (əleyhissalam)-ın boynuna yıxıb dedilər:
“Axı Əli niyə bu təhkimə razı oldu? Elə buna görə də Əli kafirdir.” Bunlar dəfələrlə Əli (əleyhissalam)-ın hüzuruna gəlib fəryad edirdilər: “Hökumət Allaha məxsusdur!!!” İndi qayıdaq əsl mətləbə: Dastanın seçilmiş hissələrinin şərhində Xəvaricin (iman və əqidə oğrularının) şüardarının “Hökumət Allaha məxsusdur.” olmasını və bu cazibəli şüarla camaatı aldatmasını başa düşdük. Məhz bunlar idi ki, camaatı Əli (əleyhissalam)-ın əleyhinə qaldıraraq həyatda ən böyük zərbəni o Həzrətin ilahi hökumətinə varid etdilər. Möminlər ağası Həzrət Əli (əleyhissalam) buyurdu:
“Bu haqqın öz sözü idi, lakin bu sözdən batil bir şəkildə istifadə edildi bəli hökumət və hökm Allaha məxsusdur.”
Beləliklə, o, Xəvaricin nadürüst əqidə və nifaq yaradan simalarını xalqa nümayiş etdirərək onlara xəbərdarlıq etdi ki, din maskası arxasında müharibəyə gələnlərə inanmayın.