QURANİ-KƏRİMDƏ ÜMUMİ İMAMƏT VƏ VİLAYƏT MƏSƏLƏSİ NBECƏ İZAH OLUNUR?



İmamət və vilayətlə əlaqədar yenə iki fərqli bəhs mövcuddur:
1. \"Ümumi İmamət və vilayət\"; yəni hər bir əsr və dövrdə insanlar arasında Allah tərəfindən bir İmam və rəhbər mütləq olmalıdır; istər peyğəmbərlik, istərsə də yalnız İmamət məqamına malik olsun.
2. \"Xüsusi İmamət və vilayət\"; bu ilahi məqam İslam peyğəmbərindən sonra onun canişininə aiddir.
Başqa sözlə, nübüvvət və peyğəmbərlik iki qismə – ümumi və xüsusi peyğəmbərliyə bölündüyü kimi, İmamət də iki qismə bölünür.
Qur’ani-kərimdə ümumi İmamət və vilayət haqqında bir sıra ayələr mövcuddur. O cümlədən:
إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ
1-\"Sən yalnız qorxudansan. Hər tayfanın da bir hidayət edəni vardır.\"
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَكُونُواْ مَعَ الصَّادِقِينَ
2-\"Ey iman gətirənlər! Allahdan qorxun (Onun əmrinə qarşı çıxmayın) və doğru danışanlarla birgə olun.\"
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ
3-\"Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və sizlərdən olan əmr sahiblərinə tabe olun.\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter