Müttəqİnİn Xüsusİyyətlərİ nədİr?
Həzrət Əli (ə) bir abidə müttəqi insanın sifətlərini belə tanıtdırır:
-Onlar doğru danışar, orta dəyərli geyinər, təvazö ilə yol gedərlər;
-Harama göz yumar, faydalı elmi dinləyər, bəlanı rahatlıqla qarşılayarlar;
-Allahı böyük, ondan qeyrilərini kiçik bilər, behit ne`mətlərinə və cəhənnəm və oduna onları görən adam kimi yanaşarlar;
-Qəlbləri qəmgin olar, başqalarının şərindən amanda qalarlar; bədənləri arıq, istəkləri az, nəfsləri tox olar;
-Gündəlik namaza durar, Qur`an ayələrini düşüncə ilə oxuyarlar, Qur`an onları qəmləndirər, dərdlərinə Qur`anda dəva axtararlar...;
-Az əməldən razı qalmaz, nəfslərini danlayar, əməllərinə görə qorxarlar; tə`rif olunduqda qorxar, “mən özümü başqalarından daha yaxşı tınıyıram, Allah məndən də yaxşı tanıyır” deyər;
-Dini işlərdə güclü, adi vaxt uzaqgörən, yəqinlikdə möhkəm, elmə həris, ibadətdə müt`i, çətinlikdə dözümlü, halal ruzi üçün çalışqan, tamahdan uzaq olarlar;
-Onlardan xalq yaxşılıq gözləyər, onların şərindən hamı amandadır, söyüş söyməz, aram danaşarlar;
-Həqiqəti şahidsiz e`tiraf edər, kimsəni pis ləqəblə çağırmaz, xalqa gələn bəlaya sevinməz...