Müsəlmana ən dəyərlİ tövsİyə hansıdır?


Bir kişi səfər öncəsi əziz İslam Peyğəmbərinin (s) yanına gəlir və buyurur: “Ya Rəsulallah (s)! Mən səfərə gedirəm və səfər öncəsi səndən mənə bir tövsiyə verməni istəyirəm”. Rəsulallah (s) buyurur: “Harada olsan, təqvaya riayət et!” Dünyanın hansı bir yerinə getməkdən asılı olmayaraq, Peyğəmbərimiz (s) tövsiyə edir ki, insan təqvaya riayət etsin. Təqvalı olmaq nə deməkdir? “Qəlbim təmizdir” deyərək insan özünü gərək aldatmasın və özünü arxayınlaşdırmasın. İnsan gərək qəlbini günah çirkinliklərindən təmizləsin. Zahiri təmizlikdən söhbət getmir. Bu, öz yerində. Amma insan daima daxili təmizliyinin qeydinə qalmalıdır. Necə ki, iti nə qədər yusan da, təmizləsən də, onun nəcisliyi aradan getməz, çirkli qəlb sahibi də nə qədər zahirdə nə qədər təmizkar görünsə də, vücudunun ümumi durumu dəyişməz. Qəlbin təmizliyinin meyarını Allah özü müəyyən edib. İnsan nə qədər təqvalıdırsa, bir o qədər qəlbi təmizdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter