Namazda amİn deməyİn qadağan olmasının fəlsəfəsİ nədİr?


Əhli- beyt (ə) rəvayətlərinə əsasən namazda amin demək caiz deyil və onu demək namazın batil olmasına səbəb olar.
Bundan əlavə, caiz olmaması üçün dəlilə ehtiyac yoxdur; yəni, bu cəhətdən ki, namaz, ibadət sayılan bir işdir və öz tərəfimizdən namaza bir şey əlavə edə bilmərik. Əgər bir şeyin caiz olması şəriət tərəfindən sabit olmaya, bunun özü onu caiz olmaması üçün ən yaxşı dəlildir. Namazda əsil ona bir şeyin artırılmamasıdır. Ehtiyat da budur ki, namaz qılan belə bir iş görməyə; çünki amin deyən vaxt, amin deməyən vaxtın əksinə olaraq namazın boynundan götürülməsinə yəqini olmayacaq.

Əhli- sünnə arasında ixtilafa səbəb olan bəhslərdən biri namazın “həmd” surəsindən sonra “amin” deməkdir. Bu məsələ üçün namazda amin deyən müvafiqlərin nəzərləri ilə tanış və bu nəzərlərin bəyanından sonra rəvayətlər və Peyğəmbərin (s) namazını bəyan etməklə birlikdə onun araşdırılması və tənqidinə məşğul olacağıq. Sonra isə şiənin nəzəri bəyan olunacaq.
Bu cəhətdən ki, ixtilaf, namazda amin deməkdir və namazda ibadətlərdən biridir, aşağıdakı nöqtələri xatırlamaq zəruridir:
A). İslam şəriətində ibadət, istər vacib ola istərsə də müstəhəbb, məhduddurlar. Bu mənaya ki, onu kəmiyyət və keyfiyyət cəhətindən yerinə yetirmək din və şəriətdən bizə yetişən şəklə bağlıdır; yəni heç vaxt bizim haqqımız yoxdur ki, onu azaldaq ya artıraq. Heç kəs edə bilməz öz fikir və istəyinin əsasına onun keyfiyyəti üçün proqram seçə. Bu hökm namaza məxsus deyil, bəlkə hər bir ibadətə, o cümlədən oruc, dəstəmaz, təyəmmüm, təsirli dualar[1] və s…- yə şamil olur.[2]
B). “Amin” kəlməsinin namazın hissəsindən olmaması barədə müsəlmanların birliyi vardır.[3] Bu cəhətdən, namazda amin deməyin caiz və şəriətə uyğun olmasını qəbul edənlərin onu isbat etməyə ehtiyacları vardır. Çünki, əsil, namazda aminin olmamasıdır və onu isbat etmək üçün dəlilə ehtiyaclıyıq. İsbat olunmaması halında onu demək, haram olmağa, batilə və namazın batil olmasına səbəb olar.
Ravi (rəvayət edən) baxımından namazda amin demək barəsində olan rəvayətlər iki dəstədir:
1. Sənəd silsiləsində Əbu Hüreyrə olan rəvayətlər. Bu rəvayət kimi:
Peyğəmbərin (s) belə buyurduğu söylənilir: “İmam camaat ” و لا الضالين” “vələzzallin” deyən vaxt siz “amin” deyin; çünki, mələklər amin deyir; bəs hər kimin amini mələklərin amini ilə birlikdə ola, keçmiş günahlarının hamısı bağışlanar”.[4]
Bu dəstə rəvayətlərin sənəd silsiləsində Əbu Hüreyrə olduğu üçün onların etibarı yoxdur.[5]
Əli (ə) onun barəsində buyurur:
«ألا إنّ أکذب الناس أو قال: أکذب الأحیاء علی رسول الله أبوهریرة الدئسي»
Peyğəmbərə (s) nisbət camaatın ən yalançısı (dirilərin ən yalançısı) Əbu Hüreyrədir.[6]
1. Raviləri Həmid ibn Əbdürrəhman ibn Əbu Leyla, ibn Ədi, Əbdülcabbar ibn Vail, Suheyl ibn Əbi Saleh, Əla ibn Əbdürrəhman və Təlhə ibn Əmrdən ibarət olan rəvayətlər.
Onların heç birində rəvayəti qəbul etmək üçün lazım olan şərtlər yoxdur; çünki, Həmid ibn Əbdürrəhman ibn Əbu Heyla yoldaşının düzgün (dəqiq) olmamasına görə rəvayətləri zəifdir.
İbn Ədi də məchuldur. Əbdülcabbar ibn Vail rəvayətləri atasından söyləyə bilməz, çünki, o, atasının ölümündən 6 ay sonra dünyaya gəldiyi üçün onun rəvayətləri qəbul olunmaz. Suheyl ibn Əbi Saleh və Əla ibn Əbdürrəhmanın barəsində Əbu Hatəm deyir: Onların hədisləri yazılır, amma höcciyyəti yoxdur (dəlil hesab olunmaz). Təlhə ibn Əmrdən tərk edilmişdir və onun hədisləri çox zəifdir.[7]
Bu hədislərin sənədində zəif və etibarsız şəxslərin olması ilə bu hədislərə etimad və əməl etmək olmaz.
Bəziləri namazda amin deməyi izah etmək üçün deyiblər:
«اهْدِنَا الصِّراطَ الْمُسْتَقِيمَ»
“İhdinəs siratəl müstəqim” dua olduğu üçün amin ibarətini deyirlər.
Bu izahın cavabında demək lazımdır: Bu ibarət dua qəsdi ilə dua hesab olunur, amma qarinin (oxuyanın) qəsdi tilavətdir nə dua. Bəs əgər, hər duanı oxumaqla məsələn: ” رَبَّنَا اغْفِرْ لَنا وَ قِنا عَذابَ النَّار” “Rəbbəna iğfirləna və qina əzabənnar” dua qəsdi etmək caiz ola, gərək hər duadan sonra amin demək caiz ola. Amma heç kəs bu məsələni qəbul etmir.[8]
Bundan əlavə əvvəlcə bəyan olunduğu kimi namaz, ibadətdən sayılır və məhduddur. Fərz edək ki, onun oxunuşunda dua qəsdi etmək olar. Yenə də amin demək caiz deyil; çünki, əsasən ibadət sayılan işlərdə (məhdud olduqları üçün) şəriətin (şəriət sahibinin) icazəsi olmadan azaltma və artırma bidət və haramdır. Şəksiz bu (amin) Qurandan bir hissə, müstəqil dua və həmçinin təsbib demək deyil. Buna əsasən bu cəhətdən Quran və təsbih dairəsindən kınarda olan başqa kəlmələr kimidir.
Peyğəmbər (s) buyurub: “İnsanlar sözünün namaza artırılması layiq olmayan bir işdir”.[9]Peyğəmbər (s) bu sözlə bizi işdən çəkindirir; çünki, şəksiz bu, Allahın sözü deyil, insanın sözüdür. Əgər kimsə amin kəlməsinin Allahın adlarından olmasını iddia edə, deyərik: Əgər belə olsaydı onu gərək Allahın adlarının arasında tapardıq və deyərdik: Ya Amin” Bir halda ki, heç kəs aminin İlahi adlarından olmasını deməyib.[10]

Peyğəmbərin (s) namazı

Şübhəsiz müsəlmanların hpkmlərinin mötəbər (etibarlı) mənbələrindən biri, Peyğəmbərin (s) sünnəsidir (sözü, əməli və imzası). Bu cəhətdən əgər, hamı qəbul edən yolla “amin” deyib- deməməkdə Peyğəmbərin (s) sünnəsi sabit ola, bu sünnə bizim üçün höccətdir (dəlildir) və gərək ona əməl oluna.
Əhli- sünnə alimləri, ravilər və mühədisləri öz səhih kitablarında Peyğəmbərin (s) namazını qeyd ediblər. Biz onu olduğu kimi bəyan edirik: Məhəmməd ibn Öçər ibn Əta deyir: Əbu Qutadə kimi səhabələrdən təşkil tapan on dənəlik səhabələrdən biri olan Əbu Həmid (Humeyd) Saidinin belə dediyini eşitdim: Sizə Peyğəmbərin (s) namazının necə olmasını elan edimmi? Dedilər: Necə ola bilər ki, bizdən artıq o həzrətin buyurduqlarını yerinə yetirməyibsən və bizdən əvvəl o həzrət üçün sahədə olmayıbsan! Dedi: Niyə, elədir… Dedi: Peyğəmbər (s) namaz vaxtı iki əllərini çiyinlərinin bərabərinə qaldırardı və Təkbir deyərdi. Aramlıq halında namazın qiraətini oxuyardı, sonra əllərini çiyinlərinin bərabərinə qaldlran halda Təkbir deyərdi, sonra rükuya gedərdi və iki əlinin içini dizlərinin üstünə qoyardı, sonra dayanardı və ” سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ” “səmiəllahu limən həmidəh” deyən halda başını rükudan qaldırardı. Sonra iki əlini çiyinlərinin bərabərinə gətirərdi və kamil dayandığı halda ” اللَّهُ أَكْبَرُ” “Allahu əkbər” deyərdi: Sonra səcdə üçün yerə tərəf əyilərdi, iki əlini bədəninin kənarına qoyardı və səcdə edərdi, sonra başını qaldırardı və sol ayağının üstündə oturardı. Səcdə edən vaxt ayaq barmaqlarını açardı, Allahu əkbər deyib başını qaldırardı və yenidən sol ayağının üstündə oturardı və bədəni aramlıq tapardı. Bundan sonra başqa rəkəti də bu şəkildə yerinə yetirərdi. İki rəkət qurtaran vaxt əlləri çiyinlərinin bərabərində olan halda Təkbir deyərdi. Namaz başlayanda dediyi kimi namazın qalan hissələrində də belə Təkbir deməyi riaəyət edərdi. Axırıncı rəkətdə sol ayağını geri çəkərdi və onun üstündə oturardı. Səhabələr dedi: Düz dedin, Peyğəmbər belə namaz qılardı.[11]

Məqamlar

Bu hədisdə neçə məqama toxunmaq lazımdır:
1. Həmçinin (Humeyd) Allahın Peyğəmbərinin (s) buyurduqlarını yerinə yetirməsi və o həzrətlə (s) həmsöhbət olmağı cəhətindən başqalarından üstün olmaması onların həssaslığı səbəb olmuşdu.
2. Peyğəmbərin (s) qıldığı namazı qılmaq istəməsini elan etməsi Peyğəmbərin (s) səhabələrinin daha çox diqqət və vasvasılığına səbəb olmuşdu və lazım idi onun hərəkətlərinə daha çox diqqət edələr.
3. Bu işi yerinə yetirən zaman namazın xırdalıqlarının hamısına işarə etdiyini görürük.
Bu məqamlara, müqəddimələrə və Şiə və Əhli- sünnə mənbələrində Peyğəmbərdən (s) zikr olunan rəvayətə diqqət etməklə ki, buyurub: Mənim qıldığım və sizin gördüyünüz namaz kimi namaz qılın,[12] əhər Əbu Həmid (Humeyd) Allahın Peyğmbərinin (s) qıldığı namaza bir şey artırsaydı yaxud azaltsaydı, şübhəsiz onlar sakit oturmazdılar və onu xəbərdar edərdilər. Bir tərəfdən görürük ki, Əbu Həmid Peyğəmbərin (s) namazının şərində “amin” barəsində bir şey demir və başqa tərəfdən də qalan səhabələr ona amin deməyi xatırlatmırlar. Bəs yəqinliklə deyə bilərik ki, Peyğəmbər (s) namazında amin deməyib və Peyğəmbərin bu əməli bizim üçün höccətdir.
Bundan əlavə Peyğəmbər (s) buyurub: Həmdin qiraətindən sonra “amin” deyilməsi caiz deyil.[13]İmam Sadiq (ə) buyurub: Cammat namazında İmam camaat Həmd susəsini oxuyan zaman amin deməyin.[14]
Bu hədislər və dəlillərdən başqa mərhum Səduq bir rəvayəti zikr edir ki, onda buyrulur: Namazda amin demək məsihilərin çüarlarından götürülmüşdür.[15]
Buna əsasən diqqət etmək lazımdır ki, namaz, ibadətdir, məhduddur və amin onun hissəsindən deyil. Bu cəhətdən İmamiyyə alimlərinin fətvalarına əsasən Həmddən sonra amin demək haramdır və namazı batil edir.[16]

[1] – Yunis ibn Əbdürrəhman Abdullah ibn Sənandan rəvayət edir ki, İmam Sadiq (ə) buyurub: Tezliklə sizin üçün şübhə qabağa gələcək. Nə elmin gücü çatar, nə də o şübhəni sizin üçün həll edən İmam olmaz. Sərgərdan qalacaqsınız. Belə şübhələrdən nicat tapmaq istəyən şəxslər gərək “ğəriq” duasını oxuyalar. Ğəriq duasının hansı dua olduğunu soruşdum? Buyurdu: Deyirsən:
«يا اللَّه يا رحمان يا رحيم، يا مقلب القلوب ثبت قلبى على دينك»
Dedim:
«يا مقلب القلوب و الابصار ثبت قلبى على دينك»
Buyurdu: Allah, müqəllibəl qülub və əbsardır, lakin, mən necə göstəriş verirəm o cür oxu və de:
«يا مقلب القلوب ثبّت قلبى على دينك»
“İbrahim ibn Əli Amuli Kəfəmi, Əl- bələdul- əmin, səh 24).
[2] – Bu barədə “Amin ya Əlhəmdulillah demək”, 5245 saylı (sayt: 5606) göstəricisinə müraciət edin.
[3] – Məhəmməd Rəşid Rza, Təfsirul- Quranil- Həkim (Əl- minar təfsiri), cild 1, səh 39, çap və nəşr üçün Darul- mərifət nəşriyyatı, Beyrut, Livan, ikinci çap.
[4] – Beyzavi, Nasuriddin Əbul- xeyr Abdullah ibn Ömər, Ənvarut- tənzil və əsrarut- təvil, cild 1 səh 32, Dare ehyaut- turasil- ərəbi, Beyrut, 1418 hicri qəməri.
[5] – Əbu Hüreyrə Əbdürrəhman ibn Səxr Dusi. 800 səhabə və tabein ondan rəvayət söyləyiblər. Ömər özünün xəlifəliyio zamanı onu Bəhreynə təyin etmişdi, lakin onun yumşaqlığı və nəfsinin zəifliyinə görə onu işdən azad erdi. Daha çox Mədinədə sakin idi. Təqiyyud- din Səbki “Əbu Hüreyrənin fətvaları” ünvanı altında kitabça və həmçinin əbdul- Hüseyn Şərəfud- din onun rəftarı barədə “Əbu Hüreyrə” kitabını yazıblar (Əl- əlam 4/80, 81), Höccəti, Əsbaun- nuzul, səh 216.
[6] – Bax: İbn Əbil- Hədid Mötəzili, Əzuddin əbu Hamid, Nəhcül- bəlağənin şərhi, cild 4, səh 68, Ayətullah Mərəşi Nəcəfinin ümumi kitabxanasının nəşriyyatı, 1337, birinci çap.
[7] – Bax: Soltani, Əbdul- Əmir, Hokmut- təmin fis- səlat, Məcməye cəhaniye Əhli- beyt nəşriyyatı, ikinci çap.
[8] – Bax: Səbzivari, Əli Mömin Qumi, Camiul- xelal, vəl- vefaq Beynəl- İmamiyyə və Beynə əimmətil- Hicaz vəl- Ərzaq, Əsrin İmamının (ə.f.ş) zühurunun dayaqları nəşriyyatı, 1421 hicri qəməri, birinci çap, Qum.
[9] – Əsfərəyani, Əbul- Müzəffər Şahfur ilən Tahir, Tacut- təracum fi təfsiril- Quran lil- əacim, çüqəddimə, səh 20, Elmi və fərhəngi nəşriyyatının naşirliyi, Tehran, 1375 hicri şəmsi, birinci çap; Şəhid Sani, Zeynuddin ibn Əli ibn Əhməd Amuli, Rovzul- cinan fi şərhi irşadul- izhan, səh 331, Alul- beyt (ə) müəssisəsi, birinci çap, Qum.
[10] – İbn Şərh Aşub, Mazəndərani, Məhəmməd ibn Əli, Muəşabihul- Quran və müxtəlifuhu,cild 2, səh 170, Bidar nəşriyyatının naşirliyi, Qum, 1410 hicri qəməri, birinci çap.
[11] – Sünən əbu Davud, İftitahus- səlat bölməsi, cild 2, səh 391, hədis 627, Mövqiul- İslam, (Əl- məktəbətuş- şamilə) http: ||www. Al- islam. Com. Sünən əbu Macə, İtmamus- səlat bölməsi, cild 3, səh 355, Mövqiul- İslam, (Əl- məktəbətuş- şamilə) http: \\www.Al-Islam.com. Beyh’qi? Swn’ne Kobra? Cild 2? S’h 72? Sayt- http \\www/ al- Islam. Com. (Əl- məktıbətuş- şamilə); Sünən Darmi, sifətu səlati Rəsulullah bölməsi, cild 4, səh 165, Movqiu vəzarətil- ovqatil- Misriyyə, (Əl- məktəbətuş- şamilə) http:\\www. İslamic- council. Com; ibn Hubanın səhihi, Sifətus- səlat bölməsi, cild 8, səh 243, Mövqiu cameul- hadisə, (əl- məktəbətuş- şamilə) http: \\www. alsunnah. com
[12] – Beyhəqi, Əs- sunənul- kobra, cild 2, səh 345, Əd- darul Qutinin sünəni, cild 3, səh 172, Movqiu vəzarətil- ovqafil- Misriyyə, (Əl- məktəbətuş- şamilə) http: \\www. Islamic- council/ com. Ibn Hubanın səhihi, cild 1, səh 314; Şafiinin mosnədi, cild 1, səh 223, Cameul- hədis saytı, (Əl- məktəbətuş- şamilə) http: \\www. alsunnah. com; Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 82, səh 279, Əl- vəfa müəssisəsinin çapı, Beyrut, Livan, 1404 hicri qəməri.
[13] – Səduq, Mən la yəhzuruhul- fəqih, cild 1, səh 390, Cameeye müdərrisin nəşriyyatı, Qum, 1413 hicri qəməri.
[14] – Kuleyni, Əl- kafi, cild 3, səh 313, Darul- kotobil- İslamiyyə çapı, Tehran, 1365 hicri şəmsi; Tusi, Əl- istibsar, cild 1, səh 318, Darul- kotobil- İslamiyyə, Tehran, 1390 hicri qəməri; Tusi, təhzibul- əhkam, cild 2, səh 74, Darul- kotobil- İslamiyyə çapı, 1365 hicri şəmsi.
[15] – Səduq, Mənla yəhzuruhul- fəqih, cild 1, səh 390.
[16] – Hilli, Həsən ibn Yusif ibn Mütəhhər Əsədi, Təzkirətul- füqəha (yeni çap), cild 3, səh 162, Alul- beyt (ə) müəssisəsi, birinci çap, Qum, İran, tədqiqatçı və redaktor: Alul- Beyt (ə) müəssisəsinin axtarış qrupu; Tusi, Məhəmməd ibn Həsən, Əl- xilaf, cild 1, səh 332, Qum Elmiyyə hövzəsi- cümeeye müdərrisinə bağlı İslami nəşriyatın dəftərxanası, 1407 hicri qəməri, birinci çap, Qum, İran, tədqiqatçı redaktor; Şeyx Əli Xorasani seyid Cavad Şəhristani- şeyx Məhdi Taha Nəcəf şeyx Müctəba İraqi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter