Əhlİ sünnətİn Əlİnİn (ə) beyət etməsİ haqqında İddİaları


Əhli sünnətin bəzi təəsübkeş alimləri xəlifələrin səhvlərini örtbasdır etmək üçün Əbu Bəkrə olunan beyətin adi qaydada baş verdiyini göstərməyə çalışıblar. onlar iddia edirlər ki, ömər ibn Xəttab Əlinin evinə cəm olmuş səhabələri evi yandırmaqla hədələyəndən sonra hamısı evdən çıxıb Əbu Bəkrə beyət etdi. Əlidən beyt almaq üçün ona qarşı heç bir zor tətbiq olunmayıb. Əli də hamı kimi adi qaydada beyət etdi. Amma biz bu iddianın nə dərəcədə həqiqətə uyğun olmayıb yalan və böhtandan olduğunu göstərmək üçün tarixi sənədlərə müraciət edək:

1. “əl-ımamətu vəs-siyasət” 1/13, ıbn Quteybə yazır:- “…ömər və əshabı Fatimənin evinin qapısı arxasında yığışdılar. ömər qapını taqqıldatdı. Camaat Fatimənin ağlayıb fəryad etdiyini eşidəndə ağlaya-ağlaya oradan dağılışdılar, lakin ömər və əshabı onlardan əl çəkməyib Əlini zorla evdən çölə çıxartdılar. Əlini çəkə-çəkə Əbu Bəkrin yanına apardılar. Əliyə dedilər ki, beyət et! Əli dedi: Əgər beyət etməsəm nə edərsiniz? Dedilər:- Əgər beyət etməsən and olsun Allaha ki, ondan başqa heç bir Allah yoxdur boynunu vuracağıq”

2- “Ənsabul-əşraf” 1/587, Bəlazəri yazır: “…Əbu Bəkr öməri Əlinin ardınca göndərdi və ona göstəriş verdi: Əlini ən pis vəziyyətdə mənim yanıma gətir!”

3- “ısbatul-vəsiyyət” səh 142, Məsudi yazır: “Onlar istəyirdilər Əlidən beyət alsınlar. Əli imtina edib dedi: Heç vaxt beyət etməyəcəyəm. Onlar dedilər: Əgər beyət etməsən səni öldürəcəyik. Əli dedi: Əgər məni öldürsəniz həqiqətdə Allahın bəndəsini və Rəsulullahın qardaşını öldürmüş olarsınız. Onlar Əlinin əlini zorla Əbu Bəkrin ona tərəf uzdılmış əlinə tərəf dartdılar. Bununla da istəyirdilər beyət alsınlar. Əlinin əli düyünlənmiş halda ikən zorla Əbu Bəkrin əlini ona çəkdilər”

4- “şərhu nəhcil bəlağə” 2/21, ıbn Əbil Hədid Mötəzili yazır:“Səqifə əhvalatı haqqında rəvayətlər müxtəlifdir. şiələrin və kifayət qədər əhli sünnət alimlərinin nəql etdikləri rəvayətlərdən belə məlum olur ki, Əli Əbu Bəkrə beyət etməkdən imtina etdiyinə görə ondan beyət almaq üçün onun evinə hücum etdilər. Əlini zorla evdən çıxartdılar” Sonra ıbn Əbil Hədid yazır: “Deyirlər ki, ömər Zubeyrin əlindən qılıncı alıb daşa vurub sındırdı. Sonra ömər Əlini və evində cəm olmuş səhabələri Əbu Bəkrin yanına çəkdi”

5- “şərhu nəhcil bəlağə” 6/48 Cövhəridən nəql edilir: “…sonra ömər evə girib Əliyə dedi: Dur ayağa beyət et! Əli ayağa durmaqdan imtina etdi. ömər Əlini zorla qaldırıb evdən çıxartdı. Onu və digər beyət etməyənləri çox pis vəziyyətdə Əbu Bəkrin yanına çəkməyə başladılar. Mədinə küçələri adamlarla dolu idi…Əbu Bəkrin yanına aparılanların boyunlarına kəndir salıb Mədinə küçələrində çəkirdilər”

6- “Sirətun-nəbəviyyə” 4/495, ıbn Kəsir yazır: “…Əbu Bəkr mənbərə qalxıb camaatı süzməyə başladı, Əlini görməyəndə soruşdu: Əli haradadır? Bu vaxt ənsardan bir dəstə ayağa qalxıb Əlini zorla gətirdilər”

7-“əs-Səqifə” Əbu Bəkr Cövhəri yazır:“Əlini beyət etmək üçün Əbu Bəkrin yanına apardılar və nə qədər Onu hədələdilərsə Əli beyət etmədi. Əli beyət etmədən evinə qayıtdı”

8- “əs-Səqifə vəl-xilafət” səh 15, Əbdul Fəttah Əbdul Məqsud yazır: “ Həmçinin mötəbər tarixçilər nəql edirlər ki, ….Əli Əbu Bəkrə beyət etməkdən imtina etdi, lakin onun boynuna kəndir salıb zorla beyət etməyə apardılar”

ıbn Əbdi Rəbbih “Əqdul-fərid” 2/285, Əbul Həsən Nofəli “əl-Əxbar” səh 142. Əlidən beyətin zorla alınmasına işarə ediblər. Demək lazımdır ki, ıslam tarixinin bu mərhələsi öncə bəyan etdiyimiz mərhələləri kimi dərdli və acınacaqlı olub. çünki qabaqkı xəlifələr Peyğəmbər əhli beytinə o dərəcədə hörmətsizlik ediblər ki, sonralar Müaviyyə kimi bir şəxs Əliyə göndərdiyi məktubda ona tənə vurub yazır: “…. Xəlifənin əmri ilə səni ram olmayan dəvə kimi bağlayıb beyət etmək üçün məscidə çəkdilər” Əli Muaviyyəyə yazdığı cavabda həmin faciənin baş verdiyini özünün məzlumluğu kimi qəbul etməklə yanaşı bu hadisənin xəlifə tərəfindən islama və Rəsulullaha vurulan ləkə olduğunu göstərib: “Deyirsən səni boynuna dikbaş dəvə kimi kəndir salıb beyət almaq üçün məscidə çəkdilər. And olsun Allaha bununla istəyirdin məni təhqir edəsən, amma məni ucaltdın. ıstəyirdin məni rüsvay edəsən, amma özünü rüsvay etdin. Məzlum olmuş müsəlmana heç vaxt irad tutulmaz” (şərhu nəhcil bəlağə 15/186, Əqdul-fərid 2/285)

Əhli sünnətin “Əlidən beyət alınanda xəlifələrin zor işlətdiklərinə və Əlinin beyət etməkdən şiddətli dərəcədə imtina etməsi” etirafı bunu göstərir ki, Əli hakim xəlifələrin işindən narazı olub. Tarix bütün gələcək nəsl üçün danılmaz və möhkəm sənədlərdən ibarət irs qoyubdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter