Şəhvət İnsanı necə \"öncə qul, sonra İsə zəlİl\" edİr?


Həzrət Əmirəlmöminin (ə) buyurur: “Şəhvətlərin qəlblərinizə qalib və hakim olmasından çəkinin. Çünki onların əvvəli qula çevrilmək, sonu isə məhv olmaqdır”.
İnsan öncə şəhvətinin quluna çevrilər, daha sonra isə məhv olar. Bir insan yoxdur ki, şəhvətin quluna çevrilsin və bununla da xoşbəxtliyə çatsın. Bu yolun sonu məhv və zəlalətdir. Mübarək Ramazan ayı bizi qul olmaqdan azad edir. Ramazan ayının gündəlik dualarında da əsirlikdən, qulluqdan azad olmaq dilənir. Təbii ki, burada söhbət yalnız fiziki əsir olmaqdan getmir. Rəbbimizdən bu ayda nəfsi istəklərimizin, şəhvətimizin qulu olmamağı diləyirik. Bizlər bir çox şeylərin əsirinə çevrilirik. Ramazan ayı isə bizi bu əsirlikdən çıxarır. Çıxarır ki, bir il boyunca azad və firavan yaşayaq.
Çox təəssüf ki, Ramazan ayının günləri geridə qaldıqca insanın mənəvi durumunda bəzən eniş başlayır. Əvvəlki günlərdə hər günün əməllərinə, ibadətlərə xüsusi diqqət ayrılırsa, getdikcə sanki bir adiləşmə müşahidə olunmağa başlayır. Bəzən insan Ramazan ayının cəmi yeddi gününü yaşayır və heyinin artıq qurtardığını bildirir. Amma əslində yeddi günə insanın bu aya uyğun heyi, mənəvi durumu ancaq elə meydana gəlməlidir. Bəzən insan bir həftəni, bir də əhyaları birtəhər yola verir, bununla da Ramazan ayının bitmiş olduğunu hesab edir. Amma Ramazan ayının hər günündə, hər gecəsində özünəməxsus nemət və mükafatlar var. Mübarək ay bitdikdən sonra da əməl edən bəndə üçün həmin nemət və mükafatlardan pay var.
Allahım, bizləri Sənin İlahi ziyafət ayından bağışlanmış halda çıxanlardan qərar ver! Allahım, bizlərə gələcək günlərimizi də Sənin dərgahında olduğumuzu xatırlayaraq keçirmək ləyaqətini nəsib et! Amin!
Hacı İlqar İbrahimoğlu


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter