Yetİmİ öz hİmayəsinə götürməyİn hansı fəzİlətlərİ vardır?


Yetimi öz himayəsinə götürməyin savabı.

Behiştdə məskunlaşmaq:
Hədisdə nəql olunur ki, evi-eşiyi olmayan yetim uşaqları öz himayəsinə götürüb evində onlara yer verənləri Allah-təala behiştdə məskunlaşdıracaqdır.
İmam Baqir(ə) buyurur:
«Bu dörd xislət kimdə olarsa, Allah-təala behiştdə onun üçün ev yaradar: yetimə nəvaziş, zəifə qayğı, ata-anaya mehribançılıq və öz xidmətçiləri ilə xoş davranış.»

Əzabın ləğv edilməsi.

Yetimi öz himayəsinə götürməyin xeyirlərindən biri də Tanrının insanı qəbir əzabından azad etməsidir.
Peyğəmbər(s) buyurur:
«İsa ibn Məryəm(ə) qəbiristanlıqdan keçərkən qəbirdə yatan bir nəfərə əzab verildiyini duydu. Bundan bir il sonra oradan keçərkən qəbir sahibinə bir daha əzab verilmədiyini gördü. Allah-Təaladan bunun səbəbini soruşdu. Vəhy olundu ki, bu, günahkar bir şəxs idi. Günahlarına görə əzab çəkirdi, amma əməlisaleh bir övladı vardı. Boya-başa çatandan sonra yol çəkib bir yetimə ev verdi. Buna görə də onu bağışladım. Övladının bu xeyirxah əməlinə görə əzabı onun üzərindən götürdüm.»


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter