«Qurani-Kərim»də təvəkkül haqqında nə deyilir?


«Qurani-Kərim»də təvəkkül.


Təvəkkülün böyük fərdi və ictimai təsirləri vardır. Məhz təvəkkül etməklə insan varlığın mahiyyətini anlaya bilər, mütləq həqiqətin dərkinə çalışar. «Quran»dan sitat gətirməklə təvəkkül etməyin faydalarından bir neçəsini burada qeyd edirik:

1. İslamın yeganə haqq din olmasının mütləqiliyinə inam :
«Sən ancaq Allaha təvəkkül et, çünki sən açıq-aydın həqiqi dindəsən (haqq yoldasan)» («Nəml» - 79).
Yəni bu ayəyə diqqət yetirsək, Allaha təvəkkül edib qəti qərara gəlmiş olarıq.

Şücaət:
«Kafirlərə və münafiqlərə itaət etmə. Onların (sənə olan) əziyyətlərinə əhəmiyyət vermə. Allaha bel bağla, Allahın sənə vəkil olması kifayətdir. (Allaha təvəkkül etməklə heç nədən qorxma)» («Əhzab» - 48).
«....Mən sizin mənə qarşı bütün pis niyyətlərinizdən) Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın...» («Yunus» - 71).
Yəni sizin nəyiniz varsa, meydana çıxarın. Mən də tək Allaha təvəkkül edib sizin və allahlarınızın meydanına gəlirəm. Heç bir şeydən qorxmuram.

3. Günahı tərk edib, şeytandan uzaqlaşmaq: «Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmranlığı yoxdur!» («Nəhl» - 99).
«Onlar dedilər: “Biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Bizi zalim tayfanın fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa çəkmə!» («Yunus» - 85).
Deməli, nə qədər Allaha təvəkkül etsən, bir o qədər də şeytana boyun əyməyib günahlardan uzaq olarsan.

4.Ətrafdakıların yaxşı, yaxud pis münasibətinə etinasızlıq:
«....Sən onlardan üz çevir, Allaha təvəkkül et! Allahın (sənə) vəkil olması kifayət edər!» («Nisa» - 81).

«Əgər onlar (haqdan) üz döndərsələr (nigaran olma), de: “Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən, O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi və ixtiyar sahibidir!)» («Tövbə»-129).
«Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!»(«Hud» - 88).
«.....Bütün işlər də axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Məhəmməd!) Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir!» («Hud» - 123).
Demək, Allaha təvəkkül etməklə insanların səni qəbul edib və ya üz çevirməsindən narahat olmaq lazım deyil, çünki hər bir şey Onun tükənməz qüdrəti qarşısında acizdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter