CƏNNƏT ŞƏRABI HANSI KEYFİYYƏTLƏRƏ MALİKDİR?


CƏNNƏT ŞƏRABI ALLAH ZİKRİNİ VƏ HUŞU ARTIRIR


Piyalənin içi içməli sularla doludur. İçməli sular nədir? Cənnətdə bir neçə cür içməli sular vardır. Birincisi bal, özü də ki, dünya balı kimi deyil. İkincisi süd, üçüncüsü su, dördüncüsü şərab, amma necə şərab! Dünyanın çirkin şərabı kimidir? Dünya şərabı insanın ən böyük qüvvəsi olan əql qüvvəsini bəşərin əlindən alır və insanlar məst, ağılsız, yırtıcı olurlar. Bu dünyanın şərabı huş və əqli işdən salır. Keyfiyyətli şərab Cənnətdədir. Bu dünyanın şərabı keyfiyyətli deyil. Əgər bir cam Cənnət şərabı içsən, huşun, şövqün və zikrin yüz qat artır. Elə ki, Mömin şərab içdi, huşu, məhəbbəti və dərrakəsi çoxalır. Möminlər bir-biri ilə o aləmin şərabının ləzzətləri ilə çoxlu müamilə edərlər, yəni bir-birinə Cənnət şərabı verərlər və alarlar. (Əlbəttə, bu dünyadakı kimi, dava etməzlər) “Yətənazəunə” (şəraba) şiddətli olmasına görədir. Elə buna görə də “yətənazəunə” kəlməsini işlətdi. Onların arasında çəkişmə və dava olmaz. Şərabı bir-birindən alıb, bir-birinə təklif edirlər, bir-birinin sağlığına içirlər.
“La ləğvun fiha və la təsimun”
Yəni Cənnət şərabında dünya şərabının əksinə olaraq puçluq yoxdur. Bu dünyada şərab içənlər çoxlu puç sözlər deyirlər. “Yətənazəunə” kəlməsinin mənası bir-biri ilə savaşmaq, çəkişmək deməkdir. “Və la təsimun” yəni “və la hərəkatun təsimun”. Cənnət şərabı günaha, söyüşə, mənasız danışığa bais olmur. Bu məsələləri eşitməklə dərk etmək olmur. Bu eşitməli mətləblər deyil. Çünki, adam nə qədər ki, bu dünyadadır, bu dünya aləmində olan şeylərdən başqa heç nəyi dərk etmir. Halbuki, axirət aləmindəki varlıqlar başqa cür və başqa həqiqətdirlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter