Quranİ-Kərİmİn vəhdət barədə sözü nədİr?



Dövrümüzdə, günümüzdə xüsusilə aktuallaşan bir çox həyati əhəmiyyətli mövzular var. Bu mühüm mövzulardan biri də vəhdətdir. Vəhdət İslamın hər dövründə ən çox önəm verilən mövzulardan olub, bu gün də öz əhəmiyyətini ali dərəcədə saxlamaqdadır. Bununla bağlı dinimizin, İlahi mətnlərin olduqca geniş mənaları açan vurğuları, işarələri var. Mübarək Qurani-Kərimdə “Ali-İmran” surəsinin 103-cü ayəsində Allah-Təala bəşəriyyət, insanlıq üçün bir göstəriş verir. Əgər bəşər bu mübarək İlahi ayədə olan vurğuya önəm versə və burada olan buyuruşlara əməl etsə, ən yüksək inkişaf mərhələlərinə qədər gəlib çata bilər. Ayədə buyurulur: “Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın...”. Bu mübarək İlahi müraciətdə öz əksini tapan “Allah ipindən yapışın və dağılmayınız” ibarəsinin çox mühüm təfsiri çalarları mövcuddur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter