Quranİ-Kərİmİn vİcdan haqqında nəzərİ nədİr?


Quran insanda bir sıra fitri ilhamların olmasını heç də rədd etməmiş və «Şəms» surəsinin 7-8-ci ayələrində buyurmuşdur:
«Və nəfsin və ma səvvaha fəəlhəməha fucurəha və təqvaha».
«And olsun nəfsi [insanı və ya insan nəfsini] yaradana;
Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini [xeyir və şəri] öyrədənə». Yəni, Allah-taala insanlara vicdan adlı bir şey vermişdir ki, onunla nəyin pis və nəyin yaxşı olmasını, eləcə də hansı işi görüb, hansını tərk etməsini dərk etsin.
Maidə surəsinin 2-ci ayəsi nazil oldu. «Təavənu ələl birri vəttəqva vəla təavənu ələl ismi vəl udvan».
«...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin...». Bu zaman Vabisə adlı bir şəxs Peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın Rəsulu! Bir sualım var. Həzrət buyurdu: İstəyirsən mən deyim sualın nədir? Buyurun. Gəlmisən «Birr» və «təqva» (yaxşı iş və pəhrizkarlıq) və «ism» və «udvan» (günah və düşmənçilik törədən işlər) sözlərinin mənasını soruşasan. Bəli, ey Allahın Rəsulu! Elədir ki, var. Yazırlar ki, Peyğəmbər (s) barmağının üçünü cəm edib Vabisənin sinəsinə toxunduraraq buyurdu: Bu sualı qəlbindən soruş. Yəni, Allah-taala bu anlayışı ilham surətində bəşərin qəlbində yerləşdirmişdir.
Qurani-kərim başqa bir ayədə buyurur:
«Və əv həyna iləyhim feləl xəyrat».
«...Biz onlara xeyirli işləri vəhy etdik...».
Mərhum Əllamə Təbatəbai (r) Əl-mizan təfsirində bu ayə barəsində çox gözəl bir söz demişdir. O, buyurur: Allah-taala insana «və əvhəyna iləyhim ənifəlul xəyrat» şəklində buyurmayıb, yəni xeyirli işlər görməyi onlara vəhy etdik. Belə olsaydı, onda o da adi vəhylərdən biri olardı. Diqqət yetirsək məlum olar ki, Quran «və əvhəyna iləyhim feləl xəyrat» deyə buyurur. Yəni «Biz onlara xeyirli işlərin özünü vəhy etdik» başqa sözlə, yaxşı işləri onlara ilham yolu ilə tanıtdırdıq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter