MÜCTEHİD KİMDİR?


Təqlid üçün cameüş-şərait (bütün şərtlərə malik olan) müctehid barədə əqidəmiz budur ki, o, qeybət dövründə İmam (əleyhis-salam)-ın naibi, vəkilidir. O mütləq və tam ixtiyarlı hakim, rəhbərdir. İmam üçün olan ixtiyarların hamısı–bütün hadisə və məsələləri araşdırıb yekun hökm vermək, camaat arasında hökumət etmək kimi ixtiyarlar onda da vardır. İmam Sadiq (əleyhis-salam)-dan gələn hədisə əsasən hər kəs ona (cameüş-şərait müctehidə) qarşı çıxsa, İmama qarşı çıxmış olur, İmama qarşı çıxan kəs də Allaha qarşı çıxmış olur. Bu da şirk (müşriklik) kimidir.
Cameüş-şərait müctehid təkcə şəri fətvalarda mərcə deyil, həm də onun ümumi vilayəti vardır . Belə ki, qarşıya çıxan bütün hadisələrdə son hökm, yekun rəy üçün ona müraciət edilir. Bu məqam müctehidə məxsus olan məqamlardandır və onun icazəsi olmadan bu məqamın ondan qeyrisinin öhdəsinə qoyulması caiz deyildir. Həmçinin hüdud, təzir (günahkarların, müqəssirlərin cəzalandırılması, tənbih edilməsi) də müctehidin əmri və hökmü olmadan caiz deyildir. İmam (əleyhis-salam)-ın xas hüquqlarından sayılan əmvalın məsrəfində də müctehidə müraciət olunur. Bu ümumi məqam, mənzilət və rəhbərliyi cameüş-şərait müctehidə İmam (əleyhis-salam) vermişdir ki, qeybət zamanı o Həzrətin naibi olsun. Məhz bu səbəbə görə də İmamın naibi adlandırılıb.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter