İnsanlar ölümü düşünməkdən nİyə və hansı səbəbdən çəkİnİrlər?


İnsanlar ölümü düşünməkdən niyə və hansı səbəbdən çəkinirlər?


Ətrafımıza baxdığımızda insanların böyük bir əksəriyyətinin ölümü düşünməkdən tamamilə çəkindiyini görürük. Yaşı, cəmiyyətdəki mövqeyi, peşəsi, ictimai sinifi nə olursa-olsun, insanların böyük bir qismi ölümü həm özlərinə, həm də digər insanlara unutdurmağa çalışırlar. Allah gün ərzində insanın qarşısına ölümü xatırlayacağı bir çox hadisə və görüntü çıxarır. Televizora baxdığımızda onlarla, yüzlərlə adamın ölüm xəbərini eşidirik, bir tanışımızın xərçəng xəstəliyinə tutulması ilə bağlı xəbər alırıq, hər hansı bir qəzetə baxdığımızda ölüm elanları ilə qarşılaşırıq. Yolda gedərkən gözümüz birdən qəbiristanlığa sataşa bilər. Qarşılaşdığımız bu görüntüləri Allahın qarşımıza çıxarmasının, əlbəttə, çox böyük hikmətləri vardır. Bütün bu hadisələr adamın o an gənc, sağlam olsa da, son dərəcə təhlükəsiz bir yerdə olsa da, əslində, ölümün insana bir an qədər yaxın olduğunu göstərir. Allaha və axirətə iman edən, ölümün sonsuz həyata keçid olduğunu bilən, Allahın rizasını, rəhmətini və cənnətini ümid edənlər belə hadisələrlə qarşılaşdıqlarında ölümü düşünürlər. Ölümün yaxınlığını dərk edir və əsl əbədi həyat olan axirətə həsrətləri artır.

İnsanların böyük əksəriyyətinin ölüm düşüncəsilə qarşılaşdıqlarında göstərdikləri reaksiya axirəti həsrətlə gözləyən insanınkından çox fərqlidir.

Belə insanlar ölümü xatırlayacaqları hər hansı bir hadisə olduğunda mövzunu dərhal unutmağa çalışırlar. Özlərini əyləndirməyə və öz ifadə şəkillərilə başlarını qarışdırmağa çalışırlar. Buradakı məqsəd ölüm fikrindən uzaqlaşıb dünya ilə əlaqədar mövzulara dönməkdir. Bir adam və ya hadisə onlara ölümü xatırlatdığında bunu düşünmək istəmirlər.

Halbuki, Allahın təyin etdiyi vaxtda və yerdə özlərini mütləq tapacaq ölümdən heç vaxt qaça bilməzlər, amma ölümü xatırlamaqdan qaçmağa çalışarlar. Yaxınlarından birinin ölüm xəbərini eşitdiklərindən bir neçə dəqiqə sonra yenə edəcəyi alış-verişi, gedəcəyi tətilin yerini əvvəlcədən düşünüb bunları planlaşdıran insanlarla tez-tez qarşılaşırıq. Düşünməyərək ölümdən qaçacaqlarını zənn edən bu insanlar dünya ilə əlaqədar bir çox təfərrüata sığınaraq, əslində, özlərini aldadırlar.

Həyatlarının yalnız müvəqqəti və çox qısa dünya həyatından ibarət olduğunu düşünən bu insanların ölümü düşünməmələrinin səbəblərindən biri də ölüm düşüncəsini “pessimizm” -bədbinliyə qapılma hesab etmələridir. Halbuki ölümü düşünmək fikirləşdikləri kimi pessimizm deyil. Əksinə, inanan insanın sonsuz həyatının başlayacağı bir keçid olduğu üçün insana həyəcan və şövq verir. Həyatını Allah rizası üçün, Allahın istədiyi şəkildə yaşayan insan, Allahın rizasını və cənnəti ümid edərək yaşayarkən, ölümü hər zaman düşündüyündə Allaha olan sevgisi, axirətə olan həsrəti, Allaha qovuşma istəyi daha da artır.

Hər insan həyatının bir məqamında, bəlkə gəncliyində, bəlkə yaşlılığında, çox xəstə ikən, ya da sağlamkən, ölümü düşünərkən və ya ölüm düşüncəsindən qaçarkən, təhlükəsizlikdə ikən, ya da təhlükədə ikən mütləq ölüm ilə qarşılaşacaq. Və heç kimin qaça bilməyəcəyi bu vaxt gəldiyində ölümü həmişə düşünən, Allaha, axirətə qovuşacaqlarına inanan, ölümü bir son olaraq deyil, əksinə sonsuz həyatın başlanğıcı olaraq görən və bütün həyatını Allahın rizasına uyğun olaraq yaşayan insanlar sonsuz qurtuluş və xoşbəxtliyə qovuşacaqlar. Uca Rəbbimiz olan Allah hər kəsin bir gün ölüm ilə qarşılaşacağını belə bildirir:

Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Ali-İmran surəsi, 185)

Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!”– deyərlər. De: “Hamısı Allahdandır!” Bu adamlara nə olub ki, az qala söz də anlamırlar? (Nisa surəsi, 78)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter