Qadınla kişi namazlarının arasındakı əsas fərqlər nƏdƏdİR?
1. Kişilər qısa paltarla da namaz qıla bilərlər və on- lara təkcə cinsiyyət üzvlərini örtmək vacibdir. Amma müstəhəbdir ki, kişilər də təmiz və səliqəli paltar geyin- dikləri halda namaz qılsınlar.
Qadmlar isə namazı otaqda tək olsalar belə, yalnız şəri örpəklə qılmalıdırlar. Şəri örpək dedikdə üz, əllər və ayaqlardan başqa bədənin qalan hissəsini tamamilə örtmək nəzərdə tutulur. Həmçinin bu örpəyin müəyyən bir paltar olması da şərt deyildir. Beləliklə, bədəni gö- stərən nazik paltarlar istisna olmaqla, hər hansı bir adi paltarla namaz qılmaq olar.
2. Kişinin ipək paltar geyib, qızıldan istifadə etməsi haramdır və belə bir halda namazı batil sayılır. Qadı- nın isə istər namaz, istərsə də başqa hallarda ipək və qızıldan istifadə etməsi caizdir.
3. Kişiyə sübh, şam və işa namazlarmın «həmd» və «İxlas» surələrini ucadan, günorta və əsr namazlarında isə onların asta oxunması vacibdir. Bu hökm qadına vacib deyil, əksinə qadın sübh, şam və işa namazlarınm «həmd» və «İxlas» surələrini uca və ya asta oxumaqda ixtiyara malikdir. Amma bununla belə, onlara da ki- şilər kimi zöhr və əsr namazlarmı asta oxumaq vacib- dir.
4. Heç bir halda namaz kişinin boynundan götürül- mür, qadmlar isə heyz və nifas hallarmda namaz qılmamalıdırlar. Bu günlərdə qılmadıqları namazlarm qəzası da vacib deyildir. üruclarmın qəzasını isə tutmalıdırlar.