3-4-7-40 YAS RƏQƏMLƏRININ MƏNASI NƏDIR?


Çoxdandır hamımızın zehnində olan suallardan biri də, yas mərasimlərinin neçə gün davam etməsi ilə əlaqədərdir. Heç bir şey səbəbsiz deyil. İstər təbiət olsun, istər adət - ənənə. Yas mərasimlərimizində 3, 4, 7, 40 olması, səbəbsiz deyil.
Öncə bəzi məsələləri bilməliyik:
Əvvəla bunu bilək ki, İslam qanunları 5 hissəyə bölünür:
1) Vacib. Yəni, onu etmək bizim borcumuzdur. (Məs: Namaz, oruc, zəkat və s..)
2) Haram. Yəni, onu etmək qadağandır. (Məs: Oğurluq, zina, böhtan və s..)
3) Müstəhəb. Yəni, onu etmək bəyənilmiş və savablı işdir. (Məs: salam vermək)
4) Məkruh. Yəni, onu etmək bəyənilməyən işdir. (Məs: Məsciddə yatmaq )
5) Mübah. Yəni, istər et, istər etmə, nə borcumuzdur, nə qadagandır nə bəyənilən, nədə bəyənilməyən. Yəni insanın öz şəxsi istəyidir. Buna misal çoxdur. Adi bizim həyatımız. Məs: Çay içərkən istəsən qəndlə iç, istəsən konfetlə. Toy etdikdə gəlin maşınının hansı rəng və ya hansı markada olmasının dinə heç bir aidiyyatı yoxdur. Meyvə aldıqda hansını istəsən al, öz şəxsi işindir.
Vəfat etmiş insan üçün də 5 iş vacibdir:
1)Onun qüslu. (meyyitin, sidr maddəsi ilə qarışmış su, kafur maddəsi ilə qarışmış su və adi təmiz su ilə yəni heç bir maddə ilə qarışmayan su ilə yuyulması = 3 qüsul)
2)Onun hənutu. (İnsanın səcdə etdiyi 7 üzvə yəni alın, əllərin içi, dizlər və ayağının baş barmağına kafur adlı maddənin vurulması)
3)Kəfən. Üç hissədən ibarətdir.
- Long. Göbəkdən dizlərə qədər olmalı.
- Köynək. Çiyindən baldırın yarısına qədər yəni, dizlə topuğun arasına kimi örtülməlidir.
- Sərtasər. (Bütövlüklə) Uzunluğu o qədər olmalıdır ki, onu iki tərəfdən başını bağlamaq olsun.
Eni də o qədər olmalıdır ki, meyyiti bükdükdə bir tərəfi o biri tərəfin üstünə gəlsin.
4)Meyyit namazı. Beş təkbiri və bəzi cümlələri vardır.
5)Dəfn. (Sağ çiyni üstə, üzü qibləyə basdırılmalıdır)
Vəssəlam.
İslam dininin vəfat etmiş insan barədə vacib qanunları, yalnız bunlardır. Amma bizim qəbr üstə \"Yasin\", \"Fatihə\", \"Salavat\" və dua oxumağımız, təlqeyn, qəbr üstə su səpməyimiz, qəbr üstünə ziyarətə getməyimiz və s.. bunlar hamısı müstəhəbb işlərdir. Yəni bunları etsək daha yaxşı olar. Özümüz savab qazanar, vəfat etmişin isə ruhu şad olar.
3-4-7-40 – ın mənası:
Üç barəsində 2 fikir söylənilir: 1) Dünyasını dəyişmiş insanın ruhu, 3 gün evdə olar və onu yad etmələrini görər. 2)Bəzi tarixə əsasən üç peyğəmbər sağdır. (İsa, Xızr, İdris) Bu sağ qalan peyğəmbərlər dünyasını dəyişmiş insanın bağışlanması üçün, üç gün Allaha dua edərlər. O üç peyğəmbər bizim dünyasını dəyişmiş yaxınımıza belə qiymət və dəyər verdikləri üçün, qarşılıqlı olaraq bizdə 3 gün edərik.
Dörd barəsində 2 fikir söylənilir: 1)Dünyasını dəyişmiş isanın ruhu, 4 gün evdə olar və onu yad edənləri görər.
2)Bəzi tarixə əsasən dörd peyğəmbər sağdır. (İsa, Xızr, İdris, İlyas) Bu saq qalan peyğəmbərlər dünyasını dəyişmiş insanın bağışlanması üçün, dörd gün Allaha dua edərlər. O dörd peyğəmbər bizim dünyasını dəyişmiş yaxınımıza belə qiymət və dəyər verdikləri üçün, qarşılıqlı olaraq bizdə 4 gün edərik.
Yeddi barəsində 2 fikir söylənilir: 1)İnsan dünyasını dəyişir, onun ruhu yeddi gün gözü arxada qalır.Yəni onun üçün hər hansı bir mənəvi hədiyyə istər ta ruhu şad olsun.
2)Şimal qütbündə Pərvin adlı ulduz vardır ki, onu yeddi mələk saxlar, ona nəzarət edərlər. O yeddi mələk dünyasını dəyişmiş insanın bağışlanması barəsində yeddi gün Allaha dua edərlər. O yeddi mələk bizim dünyasını dəyişmiş yaxınımıza belə qiymət və dəyər verdikləri üçün, qarşılıqlı olaraq bizdə 7 gün edərik.
Qırx barəsində 2 fikir söylənilir: 1)Dünyaya gələn körpənin boynu qırxıncı gün sümüyə oturar. Dünyasını dəyışməsindən 40 gün ötən insanın, boynu həmin gün sümükdən aralanar.
2) Dünyasını dəyişmiş peyğəmbərlər içində, qırx peyğəmbərin qəbri naməlumdur. (Musa peyğəmbər kimi) Qəbrləri naməlum qalan 40 peyğəmbər dünyasını dəyişən insan üçün, qırx gün onun bağışlanmasını Allahdan dilər. Qəbrləri naməlum qalan o qırx peyğəmbər bizim dünyasını dəyişmış yaxınımıza belə qiymət və dəyər verdikləri üçün, qarşılıqılı olaraq bizdə 40 gün qeyd edərik.
Təbii ki bu adət - ənənə heç də yersiz təyin olunmayıb və ən yaxşısını Allah bilir...
Allah dünyasını dəyişmiş yaxınlarımızı rəhmət etsin və ruhlarını şad etsin...Amin...

Muhəmməd Nicat

/ehlibeyt-aka.com/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter