QURANDA DÜZLÜK VӘ SӘDAQӘT HAQDA NƏ DEYİLIİR?


İslamın yalana olan münasibəti bəlli oldu. Burada düzlük və sədaqət barədə də söhbət açmağı məqsədəuyğun hesab edirik. Tövbə surəsinin 119-cu ayəsində deyilir:
«Ey iman gətirənlər! Allahdan qorxun və [imanında, sözündə, işində] doğru olanlarla olun!...»
Başqa bir ayədə isə Allah-taala düz danışan və düz yolda olanlara böyük nemət (Cənnəti) müjdə verir:
«Allah buyurdu: Bu, [qiyamət günü] elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları [ağacları] altında çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi olaraq qalacaqlar. Bu, [möminlər üçün] böyük uğur və qurtuluşdur!(Maidə-119)»
Peyğəmbər (s) bu haqda buyurur:
Qiyamət günü sizlərdən mənə ən yaxın olanınız düz danışanlarınızdır.
Әli (ə) buyurur:
Düz danışmaq böyük şərəf və ucalıqdır.
Başqa bir yerdə buyurur:
Düz danışmaq ədalətlə qardaşdır.
İmam Sadiq (ə) buyurur:
Allah elə bir peyğəmbər göndərməmişdir ki, düz danışan və əmanətdar olmasın.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter