NƏ ZAMAN NAMƏHRƏMƏ BAXMAĞA İCAZƏ VERİLİB?
Qur᾿an ayələrindən və İmam Səccadın (əleyhissəlam) «Hüquq risaləsi» kitabından aydın oldu ki, Allahın haram buyurduğu şeylərə baxmaq olmaz və onlara göz yummaq lazımdır. İndi də elə mövqeiyyətlərə işarə edək ki, şəriətdə o halda naməhrəmə baxmaq istisna olunub. O yerlərdən biri də insanın həmin naməhrəmlə evlənmək istədiyi vaxtdır. «Vəsail-Şiə\" kitabında həmin mövzuda İmam Baqir (əleyhissəlam)-dan nəql olunur:
«Bir nəfər İmam Baqir (əleyhissəlam)-dan evlənmək istədiyi qadına baxmağa icazəsi olub-olmadığını soruşur? Həzrət buyurur: Bəli! Baxa bilər. Həqiqətən, o qadını ən baha qiymətə almaq istəyir.»
Bu rəvayətdə yalnız baxmağa icazə verilib. Amma hansı yerə baxmağı bəyan olunmur. Lakin, başqa rəvayətdə hansı vaxtda baxmaq da bəyan olunur. İmam Sadiq(əleyhissəlam)-dan nəql olunur ki, buyurur:
«Kişi qadınla evlənmək fikrində olsa, onun üzünə və biləklərinə baxmağın eybi yoxdur.»
Üçüncü rəvayətdə ravi yazır: İmam Sadiq (əleyhissəlam)-a ərz etdim: Bir nəfər kişi bir qadınla evlənmək istəyir. Diqqətlə ona nəzər edir, üzündən və arxasından baxır. Bu işə nə deyirsən? Həzrət buyurur: Əgər onunla evlənmək niyyətindədirsə, üzünə və arxa tərəfdən baxmağın eybi yoxdur.(Vəsailüş-Şiə .14cü cild-səh-60)»
Başqa rəvayətlərdə, əgər evlənmək niyyəti olub, ləzzət aparmamaq şərti ilə qadının saçlarına və zinətli yerlərinə baxılmasına da icazə verirlir.