VADİYÜS-SƏLAM RUHLARIN MƏKANIDIRMI?


RUHLARIN BİR-BİRLƏRİ İLƏ ÜNSİYYƏTİ VAR

İsbəğ ibni Nəbatə deyir: Mövlam Əmirəl-möminin Əli (əleyhissalam)-ın Kufə darvazasında səhra ilə üzbəüz durduğunu gördüm. Sanik, kiminləsə danışırdı, amma kimsə görünmürdü. Mən də dayandım, bir az ötdü, yorulub oturdum.
Bir dəfə də durdum, əyləşdim, amma Həzrət Əli (əleyhissalam)-dayanıb söhbət edirdi. Ərz etdim, ya Əli, kiminlə danışırsan? “Söhbətim möminlərlədir” buyurdu. Soruşdu möminlərlə? Buyurdu: Bəli, o şəxslər ki, dünyadan getmişdilər, indi buradadırlar. Sual verdim ki, ruhdurlar, yoxsa cism? Buyurdu: “Ruhdurlar. Kaş onların toplanaraq, ünsiyyət saxlayıb, ilahi nemətlərini necə yad etdiklərini gördəydin!”

VADİYÜS-SƏLAM RUHLARIN YERİDİR

Digər bir hədisə görə istər şərq, istərsə də qərbdə dünyadan kgedən möminin ruhu (misali qəlibdə) Vadiyüs-Səlamda, Əmirəl-Möminin Əli (əleyhissalam)-ın yaxınlığında zühur edər. Başqa sözlə, Nəcəfül-Əşrəf (şərif nəcəf şəhəri) uca mələhutun nümayişidir.
Eləcə də, Yəməndə ot bitməyən, quş uçmayan Bərəhut səhrası kafir ruhlarının zühur yeridir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter