İnsan ağlından keçİrdİyİ şeylərdən məsulİyyət daşıyırmı?


Şeytan insanların ağıllarına müxtəlif fikirlər, vəsvəsələr ya da şübhə dolu düşüncələr verə bilər. Əgər insan, şeytanın bu fısıltılarına aldanar, ona inanar və onun sözlərilə hərəkət edərsə əlbətdə ki, bu düşüncələrindən məsuliyyətli ola bilər.

Ancaq əgər bu fısıltıların şeytandan olduğunun fərqinə vararsa, Allaha sığınar və doğru olan əməli göstərərsə, bu vəziyyətdə ağlından keçən pislikləri o dəqiqə dağıdar və doğru düşünməyə başlayar. İnsan şeytanın verdiyi pis düşüncələrə etibar etmədiyi üçün bu düşüncələr də qeyb olub gedər. Quranda möminlərin özlərinə şeytandan bir vəsvəsə gəldiyində göstərdikləri davranış belə açıqlanmışdır :

Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar ( Allahın əzabını, lütfünü və mərhəmətini ) xatırlayıb düşünərlər və dərhal ( gözləri açılıb ) görən olarlar. ( Əraf surəsi, 201 )

Amma bunu da bildirmək lazımdır ki, insan bütün bunları bilib də yenə ağlında vəsvəsələrin, şübhələrin, lazımsız düşüncələrin qalmasına izin verirsə bunlardan sorumlu ola bilər. Daima başında möminlərə qarşı pislik, fitnə, fücur tərzində düşüncələr keçirən insan, niyyətindən də məsuliyyətli tutula bilər. Allah bir ayəsində belə bildirməkdədir:
De: “ Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartasanız, Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa ( hamısını ) bilir. Allah hər şeyə qadirdir!” ( Ali- İmran surəsi, 29 )


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter