İmanın ən kamİl dərəcəsİnİ İstəyən nə etməlİdİr?



Nəql edilir ki, Peyğəmbərdən (s) gəlib soruşdular: “Ey Peyğəmbər, istəyirəm imanın ən kamil dərəcəsinə çatım, nə edim?” Peyğəmbərimiz (s) cavabında buyurdu: “Öz əxlaqını gözəlləşdir, imanını bununla kamilləşdirmiş olarsan”. Rəsullallah (s) hansısa nəzəri bəhslərlə, hansısa riya qatılmış əməllərlə günü keçirməyi məsləhət görmür. Peyğəmbərin (s) göstərdiyi tək yol əxlaqdır. İnsanın əxlaqı nə qədər gözəlləşəcəksə, o qədər də imanı kamilliyə doğru irəliləyəcək. Əziz İslam Peyğəmbəri (s) heç bir mücərrəd mövzuda danışmır.
İmam Baqirin (ə) də bu mövzuda çox mübarək bir çatdırışı var. İmam (ə) da bizlərə imanın kamal dərəcəsinə çatmağın yollarını göstərir. İmam Baqir (ə) buyurur: “Üç şey var ki, əgər insanda olsa, onun imanı kamal dərəcəsinə çatar. O insan ki, onun razı olduğu şeylər onu batilə aparıb çıxarmaz. İkinci budur ki, o vaxt ki, qəzəblənər, həmin qəzəbi onu haqdan uzaqlaşdırmaz. Üçüncüsü isə budur ki, o zaman ki, qüdrəti olar, özünə layiq olmadığına əl açmaz”.
Buradan aydın olur ki, əgər insan öz razılığını, qəzəbini və qüdrətini nəzarətdə saxlaya bilərsə, onun razılığı, qəzəbi və qüdrəti optimal həddindən kənara çıxmazsa, bu zaman imanın ən yüksək dərəcəsinə yetişə bilər. Əslində elə bu, əxlaqı gözəlləşdirmək, əxlaqı lazımi həddə çatdırmaqdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter