Dünya aşİqİnİn xüsusİyyətlərİ nədİr?



Alimlər belə təhlil edirlər ki, insan dünya aşiqi olsa onda təqribən beş xüsusiyyət əmələ gələr. Birinci xüsusiyyət budur ki, insan dünyaya həris olar, ona nə qədər dünya malı versən, doymaz, əl çəkməz. Adətən necə olur? İnsan əvvəl iddia edir ki, bir balaca nəyimsə olsun. Onu alır sonra deyir bu azdır iki dənə olsun, iki dənə olur deyir dörd dənə olsun, dörd dənə olur deyir on olsun. Bu insan, artıq aşiqdir dünya malına. Nə qədər buna məşuqla bağlı təklif etsən, bunu əldə edəcək, doymaq yoxdur. Aşiq necə məşuqdan əl çəkməz, o cümlədən dünya aşiqi də, dünyada nə var ona versən - deyər bu da azdır. Peyğəmbərimizdən (s) belə bir hədis nəql edirlər ki, buyurur, əgər bu cür adama çox qiymətli qızıldan iki dənə şey versən, bu üçüncüsünü axtaracaq.
Bu, aydın məsələdir, hərislik bu şəxsin artıq ayrılmaz keyfiyyəti və xüsusiyyətinə çevrilib.

İkinci xüsusiyyət odur ki, dünya aşiqinin qəminin sonu yoxdur. Həmişə qəmlidir. Nədən? Həmişə dərdlidir və qəmlidir. Dərd yaxşı şeydir, əgər ilahi dərd-qəm olsa. Aqibətin nigarançılığı olsa. Amma bu, o qəmlər, o dərdlər deyil. Başqa dərdlərdir. Bunun dərdi 2 mənbədən qidalanır. Bir deyir, əlimdə olan çıxar - həmişə bünün dərdini çəkir, buna görə narahatdır. Ürəyində bunu düşünür ki, birtəhər edim əlimdə olanlar çıxmasın. İkincisi də deyir, birdən nəsə mənə gəlib çıxmalı idi, amma gəlib çıxmaz. Birtəhər edim ki, gəlib mənə çıxsın. İkitərəfli narahatdır - bir olanını itirməkdən, bir o onun ola biləcək bir şeyin ona gəlib çatmamasından.

Dünya aşiqinin üçüncü xüsusiyyəti həsəddir. Dünya aşiqi görəndə ki, bunun aşiq olduğu obyekt kiminsə başqasının əlindədir - çox dərin narahatlıq keçirir. Dünya aşiqi qısqanır dünyanı kiminsə əlində görəndə. “Bu mənimdir axı” deyir. Bu, istəyir elə ancaq bunda olsun.
Dördüncü xüsusiyyət qəzəb və əsəbdir. Hər an ki, görəndə bunun aşiq olduğu dünya buna çatmır - əsəbləşir, qəzəblənir, narahat olur.
Amma bizim bəhsimiiz bu gün beşinci ilə bağıldır. Dünya aşiqini dünyadan çox çətin getmə gözləyir. Bu dünyadan gedəndə çox çətin halda gedir. Bu ölüm anı dünya aşiqi üçün çox çətin olur. Bu məşuqundan ayrılanda çox çətin ayrılır.

Məşuq elə bir şeydir ki, aşiq ondan ayrıla bilmir. Dünya aşiqi məşuqundan ayrıla bilmir, amma Allah aşiqi dünyadan gedəndə sevinir - çünki, bu vüsala gedir, qovuşmağa gedir. Amma dünya aşiqi itirir; deyir: bu mənim məşuqumdur, mənim bundan başqa tanıdığım yoxdur, bunu da mənim əlimdən alırsınız, buna necə dözüm?! Hamı üçün olan o gün dünya aşiqi üçün də yetişir, deyirlər bunu təhvil ver, o isə etiraz edir ki, axı mən buna görə yaşamışam. Mənim həyatımın məqsədi bu olub. İmam Sadiqdən (ə) mübarək bir hədis var. Deyir hər kim dünyaya daha çox aludə olar, daha çox başı qarışarsa - ondan ayrılanda daha çox əfsus keçirər daha çox çətinlik çəkər.
Müvəqqəti istifadə üçün olan nemətlərə daimi bağlılığın acı nəticələri belədir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter