Ölən bİr kİmsənİn arxasından kədərlənmək doğrudurmu?


Ölən bir kimsənin arxasından kədərlənmək doğrudurmu?

Allah hər insan üçün bəlli bir ömür sürəsi yazmışdır və heç kimin bu vaxtın önünə keçməsi mümkün deyildir. Bu mövzuda təqdir Allahın olduğu üçün belə bir vəziyyətlə qarşılaşdıqda möminə düşən ən gözəl davranış, Allahın yaratdığı qədərə razı olmaq və bu hadisəyə təvəkkül və təslimiyyətlə yaxınlaşmaqdır. Əksində göstərilən təvəkkülsüz bir davranış Allahın yaratdığı qədərə qarşı bir üsyan anlamına gəlir ki, bu, bir möminin əsla yanaşmayacağı bir davranışdır.

Dahası əgər ölən insan mömindirsə, ölüm ilə birlikdə Allahın xoşluğuna və cənnətinə qovuşacaq və dünyayla müqayisə olunmayacaq qədər böyük nemətlər içərisində gözəl bir həyat yaşayacaqdır. Bu vəziyyətdə onun üçün üzülmək deyil, əksinə belə şərəfli bir nəticəyə çatdığı üçün sevinmək gərəkdir. Əgər ölən adam dünyadakı həyatını Allahın razılığını qazanmaq üçün keçirməmişsə bu vəziyyətdə də cəhənnəmlə qarşılaşacaqdır. Ancaq bu da yenə Allahın ədalətinin bir gərəyi və Allahın təqdiri olduğu üçün yenə üzüləcək bir mövzu yoxdur. Çünki bu adam özünə bu son xatırladıldığı halda bilə - bilə inkar yolunu seçmişdir.

Bunun yanında insanın ölümlə birlikdə sevdiyi bir insandan uzaq qaldığı üçün üzülməsi də yersizdir. Unudulmamalıdır ki, əgər o adam da Allahın razılığını qazanmaq üçün ciddi bir cəhd göstərirsə, sonsuz cənnət həyatında sevdiyi insanla sonsuz bir bərabərliyi əldə etməsi də mümkündür. Beləliklə, bir mömin bir başqa möminin ölümünün arxasından onun cənnətə qovuşmuş olmasını ümid etdiyi üçün heç bir şəkildə üzüntüyə qapılmaz. Quranda möminlərin, ölümün arxasından cənnətə qovuşmağı ummalarından dolayı sevinib müjdələşmələri tövsiyə edilmişdir:
Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur! ( Tövbə surəsi, 111 )


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter