Nə üçün bİz öz İmamımızla görüşə bİlməyək?


Əvvəla, hazırkı dövrdə vəzifəmizi bilməli, kamilliyə çatmaq üçün nə etməyimizi dərk etməliyik.
Bizim yeganə vəzifəmiz məsum İmamlar tərəfindən bəyan olunmuş ilahi göstərişlərə əməl etməkdir. Həzrətlə görüşmək şərəf olsa da, belə bir ilahi əmr yoxdur.
İkincisi, həzrətin qeybə çəkilməsinin səbəbi özümüz olmuşuq. Əgər yaratdığımız maneələri aradan götürə bilsək, onunla görüşə bilərik.
Üçüncüsü, hər bir ümmət hər bir dövrdə hansısa imtahana çəkilir. İmamın qeybə çəkilməsi şiə cəmiyyəti üçün böyük imtahan sayılır.
Dördüncüsü, kimsə deməyib ki, biz İmamın xidmətinə çata bilmərik. Belə bir arzuya çatmaqdan ötrü göz və qəlbdən çirkabı təmizləyib ləyaqəti əldə etsək, həzrət özü görüşümüzə gələcək.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter