QURANI ƏLİ İBNİ ƏBİ TALİBİN ƏVƏZİNƏ PEYĞƏMBƏRƏ NAZİL ETMİŞDİRMİ? (Şübhə)


Cavab: Bə`zi mə`lumatsız və ya şiələrə qarşı qərəzli olan şəxslər tərəfindən vurulan bu ittihamın əsassız olduğunu göstərməkdən öncə yaxşı olar ki, onun köklərini araşdıraq:

BU İTTİHAMIN KÖKLƏRİ

Bə`zi Qur`an ayələrindən və bu ayələrlə əlaqədar hədislərdən aydın olur ki, yəhudilərin batil inancına görə Cəbrəil risaləti çatdırarkən xəyanət etmişdir. Belə ki, Mütəal-Allah ona yol göstəriş vermişdi ki, nübüvvəti İsrail sülaləsində qərar versin, lakin o, Allahın əmrinə itaətsizlik edərək onu İsmailin övladlarında qərar vermişdir. Buna görə də yəhudilər Cəbraili düşmən hesab edir, “xanəl-Əmin” (Cəbrail xəyanət etdi) cümləsini öz şüarları seçirlər. Buna görə də Qur`an onları tənqid etmək, sözlərinin əsassız olduğunu isbat etmək üçün aşağıdakı ayədə Cəbrəili əmanətdar bir mələk kimi təqdim edərək buyurur:

نَزَلَ بِهِ الرُّوحُ الْاَمِينُ عَلَي قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ

“Ruhul-əmin (Cəbrəil) Qur`anı sənin qəlbinə nazil etdi ki, (insanları) ilahi əzabdan qorxudanlardan olasan.”

Digər bir ayədə buyurulur:

قُلْ مَنْ كَانَ عَدُوًّا لِّجِبْرِيلَ فَاِنَّهُ نَزَّلَهُ عَلَي قَلْبِكَ بِاِذْنِ اللّهِ مُصَدِّقاً لِّمَا بَيْنَ يَدَيْهِ وَ هُدًي وَبُشْرَي لِلْمُؤْمِنِينَ

“De: Hər kəs Cəbrəillə düşmənçilik etsə (bilməlidir ki,) həqiqətən o, Allahın izni ilə Qur`anı sənin qəlbinə nazil etmişdir.”

Bu ayələrdən və onların təfsirindən aydın olur ki, yəhudilər müəyyən səbəblərə görə Cəbrəili düşmən hesab edir, onu əzab mələyi adlandırır və risalətin çatdırılmasında xəyanətlə müttəhim edirdilər.
Deməli, “xanəl-Əmin” şüarının kökü və mənşəyi yəhud qövmünün xurafatlarındandır. Şiələrə qarşı dərin kinə aparan bə`zi cahil yazıçılar da yəhudilərin yolunu gedərək şiələrə bu töhməti vurmuşlar.

ŞİƏ NƏZƏRİNDƏN NÜBÜVVƏT

Şiələr Allahın kitabı, Peyğəmbərin sünnəsi və Əhli-beyti-nin aydın rəvayətlərinə tabe olaraq təkcə Muhəmməd ibni Əbdüllahı Allahın fərmanı ilə dünya səviyyəli bir risalətə məb`us olunan peyğəmbər hesab etmir, həm də o həzrətin peyğəmbərlərin sonuncusu və ilahi elçilərin ən üstünü, fəzilətlisi olmasına inanırlar. Şiənin böyük rəhbəri Əliyyibni Əbi Talib özünün dəyərli kəlamlarında bu həqiqəti belə izhar edir:

وَ اَشْهَدُ اَنْ لَا اِلَهَ اِلاَّ اللّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَ اَشْهَدُ اَنَّ مُحَمَّدًا عَبْدُهُ وَ رَسُولُهُ خَاتَمُ النَّبِيِّينَ وَ حُجَّةُ اللّهِ عَلَي الْعَالَمِينَ

“Şəhadət verirəm ki, yeganə və misilsiz Allahdan başqa heç bir mə`bud yoxduræ şəhadət verirəm ki, Muhəmməd Allahın bəndəsi, Onun Peyğəmbəri, peyğəmbərlərin sonuncusu və Allahın bütün aləmdəkilərə olan höccətidir.”

İmam Sadiq (ə)-da buyurur:

لَمْ يَبْعَثِ اللّهُ عَزَّ وَ جَلَّ مِنَ الْعَرَبِ اِلاَّ خَمْسَةَ اَنْبِيَاءٍK هُودًا وَ صَالِحًا وَ اِسْمَاعِيلَ وَ
شُعَيْبًا وَ مُحَمَّدًا خَاتَمَ النَّبِيِّينَ¸

“Allah ərəb qövmü arasından yalnız beş peyğəmbər seçmişdir: Hud, Sad, İsmail, Şüeyb və peyğəmbərlərin sonuncusu olan həzrəti Muhəmməd.”

Bu şərif hədis son dərəcə şiələrə nisbət verilən yersiz itti-hamların əsassız olduğunu açıq-aşkar şəkildə isbat edir və həzrət Muhəmməd ibni Əbdüllahı peyğəmbərlərin sonuncusu kimi təqdim edir.
Deməli, bütün dünya şiələri Cəbrəili risalətin çatdırıl-masında əmanətdar hesab edir və Muhəmməd ibni Əbdüllahı haqq peyğəmbər, ilahi peyğəmbərlərin sonuncusu olaraq qəbul edir, Əliyyibni Əbi Talibi isə o həzrətin vəsisi və canişini bilirlər.

Burada həm sünnü, həm də şiələr tərəfindən yekdil nəzərlə qəbul edilən, onların mö`təbər kitablarında bəyan edilən bir hədisi sizin nəzərinizə çatdırırıq. “Mənzilət” hədisi ilə tanınan bu hədisdə Peyğəmbəri Əkrəm (s.ə.v.v) özünün risalətinin xatəmiyyətini (sonuncu risalət olmasını) bəyan etdikdən sonra Əli (ə)-ı özünün vəsi və canişini kimi təqdim edir:

اَمَا تَرْضَي اَنْ تَكُونَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَي اِلاَّ اَنَّهُ لَا نَبِيَّ بَعْدِي

“Razı olmazsanmı ki, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimi olsunæ (yə`ni Harun Musanın vəsisi və canişini olduğu kimi sən də mənim xəlifəm canişinim olasan)æ bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər gəlməyəcəkdir.”

Sənəd nəzərindən islamın böyük mühəddislərinin–istər sünnü, istərsə şiə–e`timad etdiyi bu rəvayət, aşağıdakı məsələlərdə şiələrin sözünün düzgün olmasını çatdırır:

1-Muhəmməd ibni Əbdüllah (s.ə.v.v) Allah peyğəm-bərlərinin ən əzizi və ilahi elçilərin sonuncusudur ki, böyük Allahın əmri ilə əbədi və dünya səviyyəli risalətə seçilmişdir, ondan sonra heç bir peyğəmbər gəlməyəcəkdir.

2-Əliyyibni Əbi Talib (ə) Peyğəmbər (s.ə.v.v)-in haqq canişini və vəsisi, həmçinin ondan sonra müsəlmanlar arasındakı xəlifəsidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter