Yalan danışmaq nədən xəbər verİr?
Peyğəmbərimiz (s) yalan danışmağın həqiqi bünövrəsini, əsasını bəşərə bəyan etmişdir. Bir haşiyə çıxaq ki, 14 əsr bundan qabaq hələ psixoanalitika, psixologiya barədə heç bir məlumat olmayan bir zamanda, İslam dini yalan danışmağın psixoloji səbəblərini yalan danışmağın fəlsəfəsini insanlara çatdırmışdır. Həzrət Rəsuli-Əkrəm (s) buyurub: “Yalan danışan, vücudunda olan həqarətdən qeyri bir səbəbdən yalan danışmaz...”
Məlum olur ki, yalan danışanın yalan danışmasının kökündə bir əsas səbəb durur. O səbəb nədir? Yalan danışan mütləq və mütləq ona görə yalan danışır ki, öz şəxsiyyətini kiçik bilir, özünü şəxsiyyətsiz görür. O, yalan danışmaqla özünün şəxsiyyətsizliyindən xəbər verir. İslam məntiqinə görə, yalan danışan insanın şəxsiyyəti yoxdur. İslam məntiqinə görə yalan danışmaq insanın daxili komplekslərindən irəli gəlir. İslam məntiqinə görə, yalan insanın daxili aləmlərinin xəstəliyindən, xarablığından, fəsadllığından xəbər verir. Yalan danışmaq insanın kompleks yığımı olmağından xəbər verir. Bunun İslam bir vaxt söyləyib ki, hələ dünyada nə Ziqmund Freyd var idi, nə Erix Fromm var idi, nə də başqa psixoanalitiklər var idi. Və bəşər təhtəlşüurun nə olduğunu belə bilmirdi. Belə bir şəraitdə, 1400 il bundan öncə qəlblərin həkimi olan Rəsulallah (s) deyir yalan danışma və yalan danışmaqdan müalicə ol. Bunun müalicəsi sənin şəxsiyyətinin müalicəsindən başlaya bilər.`