\"Məmduhə dünya\" hansı dünyadər?


Dünyanın iki mənası var

İslam elə bu dünya üçün gəlib. Bu dünya insan üçün yaranıb. Bu iki fikir arasında hər hansı ziddiyyət varmı? Ayələrin, hədislərin və ümumən İslam məntiqinin nəticəsi budur ki, iki növ dünya mövcuddur. Bir növ dünya var ki, ona “məzmumə dünya” deyirlər. İkinci növ dünya isə “məmduhə dünya” adlanır. O dünya ki, insanın hədəfinə çevrilə, o dünya ki, insanı həqiqi məqsədlərindən ayıra, insanı aldada, başını yalnızca müvəqqəti işlərə qata, həmin dünya “məzmumə dünyaya” çevrilir. Və bunun əksi də var. İnsana Əli (ə) olmağa imkan verən, insana Zəhra (ə) olmağa imkan verən, Zeynəb (s.ə), Əbəlfəzl (ə), Əbazər (ə) olmağa imkan verir, həmin dünya “məmduhə dünya” adlanır. Əgər insan gecəsini-gündüzünü keçirdə və dərdi məzmumə dünya olarsa, həmin şəxs bir yerə gedib çıxa bilməz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter