Xəstəyə baş çəkən İnsan hansı duanı oxumalıdır?


Xəstəyə baş çəkən insan hansı duanı oxumalıdır?


Xəstəyə baş çəkən insan yaxşı olar ki, o xəstə üçün dua etsin. Necə ki, hədislərdə gəlmişdir. Allah rəsulu buyurmuşdur: \"Müstəhəbdir ki, xəstəyə baş çəkən onun üçün dua etsin. Dua etmək üçün xəstəyə baş çəkən bu cür desin: \"Əllahummə Rabbəs səmavatis səb və Rabbəl ərəzinəs səb. Və mə fihinnə və mə bəynəhunnə və mə təhtəhunnə. Və Rabbəl ərşil əzim işfihi bişifaikə və davihi bidəvaikə və afihi min bəlaikə vəcəl şikayətəhu kəffarətən limə məziyə min zunubihi və limə bəqiyə\".

Xəstə üçün müxtəlif cür dua etmək olar. Hətta hər bir kəs öz ana dilində belə, dua edə bilər. Savab və əvəz hər bir halda ona veriləcəkdir. Lakin daha yaxşı olar ki, Allah rəsuluna tabe olmaq qəsdi ilə o Həzrətin dediyi kimi deyilsin. İnşaAllah ki, bunun savabı daha çox olar. Əvvəldə deyilən duanın mənası isə tərcümədə belə olur:

\"Allahım, yeddi qat asimanların, yeddi qat yerlərin, onlarda olan, onların arasında və altında olan bütün varlıqların və əzəmətli ərşin Rəbbi! Öz şəfaətinlə ona şəfa ver! Öz dərmanınla onu müalicə et! Öz bəlalarından ona salamatlıq ver! Onun xəstəlik zamanı etdiyi şikayətləri keçmiş və qalmış günahlarının kəffarəsi qərar ver!\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter