ƏLİ (ƏLEYHİSSALAM)-IN DİLİ İLƏ BEHİŞTİN VƏSFİ


“Nəhcül-bəlağə”də bir xütbədə Həzrət Əmirəl-möminin (əleyhissalam) belə buyurur: “(Xudaya) Səni, əzəmətinə layiq olmayan bütün şeylərdən pak bilirəm, məxluqatın Yaradanı, gizlilərin Xaliqisən. Yaratdıqlarını imtahanın gözəlliyindən bir saray yaratdın ki, o Behiştdir. Orada qonaqlar üçün qəbul vasitələri, yemək yerləri, pakizə hurilər, xidmətçilər, zinətli otaqlar, lətafətli arxlar, son dərəcə təravətli bağlar, pak meyvələr hazırladın. Sonra Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-i nümayəndə göndərdin ki, xalqı əbədi, növbənöv nemətlərlə dolu saraya çağırsın. Nə o də”vətçini eşitdilər, nə həvəsləndilər, nə də arzu ediləsi şeyləri arzuladılar. Murdar, hiyləgər dünyaya üz tutub onu yedikcə rüsvay oldular, bir-birləri ilə saziş bağladılar. Dost olanlar e”tibarsız dünyaya valeh oldular, gözləri gor edildi, öz eyb və zərərlərini görmədilər. Qəlblərini dünya bimar etdi, layiq həqiqətlərə xəstə gözlə baxdılar, onu kar qulaqla eşitdilər. Həqiqətən, dünya şəhvətləri əqllərini korladı, dünya onların qəlblərini oynatdı və özünə vurğun etdi, dünyaya və əlində dünya malı olanlara qul oldular.”
Bəli, üçüncü yol yoxdur: ya Behiştdir, ya da Cəhənnəm. İnsan Allaha doğru getmirsə, nəinki nemətlərdən məhrum olacaq, hətta Cəhənnəm əzabına qovuşacaq. Bu əzaba qismən işarə edirik.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter