Hədİslərə görə “Əlhəmdulillah”ın və “Allahu Əkbər”in mənaları nədİr?
- Həmd və sitayiş o Allaha məxsusdur ki, bütün kainat onunla bəslənir.
- Bu zikri deməklə, şükr etmək hiss və duyğusu bizdə dirilir.
- Bu zikri demək qəflətləri aradan aparır, nemətləri yada salır və bizi İlahi Rübubiyyətə diqqətli və ayıq edir.
- Quranda Allah üçün 100 ad gəlmişdir ki, “Allah” onların ən yığcamıdır.
- “Həmd” kəlməsində Allaha “sitayiş və şükr”dən əlavə ayrı bir mənada gizlənmişdir və o “pərəstişdir”
“Allahu Əkbər”in mənası
- Allah bizim düşüncə və xəyalımızdan daha böyük və ucadır.
- Allah bütün şeylərdən daha böyükdür.
- Allah bütün varlıqlardan, o cümlədən: duyduğumuz maddi aləmdən, mələklərdən və qeyri-maddi (mələkuti, metafiziki) mövcudatdan daha üstündür.
- İmam Sadiq (əleyhis-səlam) buyurur: “Elə ki, başlanğıcda təkbir (Allahu Əkbər) deyirsən gərək ondan (Allahdan) başqa bütün varlıqlar sənin nəzərində kiçilsin.”
- Hər “Allahu Əkbər”, Allahın böyüklüyü duyğusunu insanın vücudunda genişləndirir və onu ülvi dərəcələrə nail edir.
- Hər vaxt namazda münacatın şirinliyini daddınız bilin ki, sizin təkbiriniz Allah-təalanın qəbul və təsdiq məqamındadır.
- “Allahu Əkbər” bir kəlmədir ki, müsəlman körpə doğumunun başlanğıcında azan və iqamə ünvanı vasitəsilə eşidir.
- Və ən axırıncı bir kəlmədir ki, ölüyə oxunur.
- Birinci və yeganə bir zikrdir ki, hər namazda vacibdir və həm də namazın rüknüdür.