RUZİ QAZANMAQ İBADƏTDİRMİ?
İslam dinində ibadət sayılan mövzulardan biri də ruzi dalınca gedib halal nemət qazanmaqdır. Bu niyyətlə ki, öz ehtiyacına görə başqalarına əl açmasın. Qurani-Kərim bu barədə buyurur:
«[Cümə] namazını qılıb qurtardıqdan sonra yer üzünə dağılıb Allahın kərəmindən ruzi diləyin! Və Allahı çox zikr edin ki, bəlkə nicat tapıb səadətə qovuşasınız!» [Cümə-10]
\"Allahın kərəmindən ruzi diləyin\" ifadəsi çox vaxt Quranda,ruzi diləyib ticarət istəmək mənasındadır. Lakin, demək olar ki, bu ifadənin məfhumu kimi, ruzi və ticarət onun nümunələrindən biridir.
Bəziləri bu ayədən istifadə edirlər ki, cümə namazından sonra ruzi ardınca olub ticarət etməyin bərəkəti vardır. Rəvayətlərdə nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) cümə namazından sonra bazara baş çəkirdi. Aşağıdakı rəvayətlər ruzi ələ gətirməyin ibadət olduğunu bəyan edir:
İmam Baqir (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir ki, buyurur:
«İbadətin yetmiş cüzi var. Onların ən yüksəyi, halal ruzi tələb etməkdir!»
Əbu Həmzə, İmam Baqir (əleyhissalam)-dan nəql edir ki, buyurur:
«Hər kim əhalidən ehtiyacsız olmaq, onların yanında öz hörmətini hifz etməkdən ötrü dünya malının ardınca olsa və bu mal-dövlət istəmək və çalışmaq, insanın öz ailəsinə və qonşularına kömək üçün olsa, qiyamət günü, üzü on dörd gecəlik ay kimi parlayan halda, Allahın hüzuruna gələr!» [Vəsailüş-şiə,12-ci cild,səh.11,hədis-5]