Allahın yalnız təqvalılardan əməl qəbul etməsİ adi və günahkar İnsanları ümİdsİzləşdİrmİrmİ?
Qur`an buyurur: “Allah yalnız təqva sahiblərindən (pəhrizkarlardan) qəbul edər.” (“Maidə”, 27.)
Təqvanın dərəcələri var. Kimi Allahdan çox, kimi isə az qorxur. Amma hamı nə dərəcədəsə varlıq aləminin sahibindən çəkinir. “Allah yanında ən hörmətli olanınız ən təqvalınız, Allahdan ən çox çəkinəninizdir.” (“Hücərat”, 13)
Əgər insan xeyir bir iş görürsə, demək, nə dərəcədəsə təqvalıdır.
Əgər dünya çempionatında ən güclülər birinci yeri tutursa, bu o demək deyil ki, başqaları idmandan əl çəkməlidir. Dünya çempionatından əlavə, ölkə, əyalət, şəhər və kənd birincilikləri də keçirilir. Bu yolla hər bir idmançı öz qabiliyyətinə uyğun mükafat alır.
Bundan əlavə, əməlin qəbul dərəcələri də var. Hər bir təqva dərəcəsinə uyğun qəbul dərəcəsi var. Ona görə də Qur`an bəyan edir ki, kiminin mükafatı ikiqat, kimininki on qat, kimininki isə saysız-hesabsız olur. Bu fərqlərdə insanın niyyəti və gördüyü işin növü əsas rol oynayır. (“Ali-İmran”, 37; “Bəqərə”, 265 ; “Ənam”, 160 ; “Səcdə”, 17 ; “Bəqərə”, 245, 261.)