Lovğa yerİş İnsanı hara aparır?


Cavab: Loğman öz oğluna belə nəsihət verir: «...Yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah özündən razı və lovğalanıb fəxr edən şəxsi sevməz. Yerişində müvazinət gözlə (Loğman sürəsi-ayə 18-19)».
Uyğun Quran ayələrindən bir daha aydın olur ki, İslam dini öz ardıcıllarının bütün suallarına əhatəli cavab verir. Mömin müsəlmanlara, hətta öz yerlərində müvazinəti gözləmək sifariş olunur. İlk baxışdan əhəmiyyətsiz görünən yeriş, əslində insan şəxsiyyətinin nişanələrindəndir.
Həzrət Peyğəmbər (s) buyurur: «Lovğa-lovğa, təkəbbürlə yeriyən adama yer, yerin altında yatanlar və üstündə gəzənlərin hər biri lənət oxuyur».
Başqa bir hədisdə Həzrət (s) buyurur: «Geydiyi libasla lovğalanan insanı, Allah-təala cəhənnəm kənarında yerin təkinə endirib, Qaruna yoldaş edər. Çünki təkəbbürün bünövrəsini Qarun qoyub»[170].
Bir hədisdə nəql olunur ki, Həzrət (s) yoldan keçərkən, adamların bir dəlinin başına toplandığını gördü və buyurdu: «Əsl dəli, təkəbbürlə yol yeriyən insandır».


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter