QİYAMƏTİN ƏLAMƏTLƏRİ NƏDİR?
QİYAMƏT ƏLAMƏTLƏRİ
Allah-Təala Qurani-məciddə buyurur: «Həqiqətən, qiyamət gələcək, buna heç bir şəkk-şübhə yoxdur». (Həcc sur. ayə 7)
Bir dəfə Rəsuli Əkrəm səlləllahu ələyhi və alihi və səlləm, cənabları məsciddə xütbə oxuyurdu. Cəmaət içindən bir nəfər qalxıb dedi:
- Ya Rəsuləllah, Qiyamət haçan olar?
O Cənab (s.) buyurdu:
Bu barədə sual olunan sual edəndən artıq bir şey bilmir, amma Qiyamət qəflətən olacaq. Quranda xəbər verildiyi kimi, Qiyamətin nə vaxt bərpa olacağını yalnız Allah-Təala özü bilir. Amma onun nişanələri və əla- mətləri vardır.
O Cənabın söylədiyi əlamətlər aşağıdakılardır:
1. Elm məhv olar
2. Çox zəlzələlər gələr
3. Fitnə-fəsad çoxalar
4. Dünyanı hərc-mərclik əhatə edər
5. Cəmaət öz istədiklərinin dalmca gedər
6. İmarətlər xaraba qalar
7. Xərabələri tikib təmir edərlər
8. Böyük yaşayış yerlərindən biri Şərqdə, biri Qər- bdə, biri də Ərəbistan yarımcəziyərsində yerə qərq olar
9. Günəş Qərb tərəfdən baş vurar
10. Dəccal zahir olar
11. Yəcuc (Yəcuc və Məcuc insana bənzər qeyri-adi məxluqlardır ki, Quranda onlarm həqqində ayələr var- dır. ünlar bir vaxt yer üzündə azad gəzib, xəlqə çox böyük əziyyətlər vermişlər. İskəndər Zülqərnəyn onla- rm qabağına sədd çəkib, dünya xəlqini onlardan ayırıb. İskəndərin çəkdiyi səddin yeri dəqiq məlum deyil. Bəzi təfsirçilər onun Qafqazda olduğunu söyləyirlər. Bu da yəqin deyil və Məcuc tayifəsi gəlib dünyanı əhatə edər.
12 Məryəmin oğlu Həzrəti-İsa asimandan yerə nazil olar.
13. Yəmən tərəfdən ipəkdən yumşaq bir yel əsər
14. İnsanlarda bir zərrə iyman qalmaz
15. Sonra Ədən tərəfdən bir od gələr. O Cənabda (s.) soruşurlar ki, bu hadisələr haçan olar? Buyurdu:
16. Onda ki, Quran oxuyanlarmız əmirləri tərif- ləyər.
17. Əmirlərinizə təzim edərsiz
18. Fəqir və kasıbları zəlil və xar edərsiz
19. Havacat oxumaq, çalıb-çağırmaq yayılar
20. Zinanı aşkar edərlər
21. Binaları ucaldarlar
22. Quranı müxtəlif həvalar və məqamlar üstündə oxuyarlar
23. Batil əhli həqq əhlinə hakim olar
24. Mərufə əmr və münkərdən nəhy edən kəslər azalar
25. Namazı gözdən salıb zaye edərlər
26. Xəlq öz şəhvətlərinə tabe olar, öz nəfslərinin is- tədiklərini edərlər
27. Zalim əmirləri hər işdə qabağa salarlar
28. Özləri xəyanətkar, vəzirlər isə fisq-fücur sa- hibləri olar
29. Qurana hərislik artar
30. Alimlər münafiq olar
31. Məscidləri ziynətləndirərlər
32. Quranı qızıla tutarlar
33. Hər yerdə mənbərləri ucaldarlar
34. Məsciddə cəmaət namazı qılanda səflər çoxalar
35. Məscidlərdə qalmaqal qalxar
36. Din sözü yalnız dillərində deyilər, qəlblərində olmaz
37. Onlara bir şey versən, təşəkkür edərlər, ver- məsən nankorluq edərlər
38. Uşaqlara rəhm etməzlər
39. Böyüklərə hörmət etməzlər
40. Öz nəfslərinə xidmət edərlər
41. Onlarm sərhədləri pozulub tapdanar
42. Nökərlər və qullar onlara hakimiyyət edər
43. İşlərini uşaqlar idarə edər
44. Mühüm işlərin tədbirlərini arvadlar tökər
45. Kişilər özlərini qızıl və gümüşlə bəzəyib ziy- nətləndirər, ipəkdən və dibacdan tikilmiş libaslar gey- ərlər.
46. Qonşuları söyərlər
47. Ərhamı qət edərlər, yəni qövm-əqrəbadan əla- qəni kəsərlər
48. Yolları kəsib bağlarlar
49. Gömrük-xanalarda işləməyə gedərlər
50 Müsəlmanlar ilə vuruşub, kafirlərlə barışarlar. Belə olan vaxtda:
51. Yağışlar çoxalar
52. Nəbatat, ot-ələf azalar
53. Alimlər azalar
54. Əmirlər çoxalar
55. Əmin adamlar azalar
Bu arada namaz vaxtı çatdı. Peyğəmbər (s.) cəmaətlə namaz qıldı, Namazdan sonra yenə bir nəfər soruşdu:
- Ya Rəsuləllah, Qiyamət haçan olar?
O Cənab (s.) öz mübarək üzünü asimanə tərəf tutub buyurdu:
- Onun xaliqi və bərpa edəni Allah-Təaladır, vaxtını da o bilir. Amma qiyamətin əlamətləri bunlardır:
56. Əmirlər ən xəbis adamlardan olar.
57. Quran oxuyanlara yaltaqlıq edib tərifləyərlər.
58. Alimlər arasmda nifaq olar
59. Cəmaət nücuma və münəccimlərə inanar, amma qəza və qədərə inanmazlar
60. O cəmaətə inanıb əmanət verdikdə, qənimət bi- lib mənimsəyərlər
61. Sədəqəni cərimə hesab edərlər
62. Fahişəliyə adi bir iş kimi baxıb günah hesab et- məzlər
63. Xəlqin nəzərində böyük görünmək üçün tə- kəbbürlə ibadət edərlər.
Allaha and olsun, onda ki, əmirləriniz günahkar, vəzirləriniz xəyanətkar, arifləriniz zalim, Quran oxuy- anlarınız fisq-fücur sahibləri, abidləriniz cahil (qanmaz) oldu, Allah-Təala yer üzərində o cəmaətə zülmətdən bir fitnə açar, yəhudilərin səhrada azğın düşməsi kimi, on- lar da azğın düşüb çöllərdə itərlər. Belə olanda islamın ipi getdikcə zəifləşər və qırılar.*
* Əhmədağa Əhmədov. «İslam təlimi», Bakı, 1995.