Bİzİmlə həmfikİr olmayan aİlə və övladla necə rəftar edək?


Cavab: Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət etdiyi vaxt ona qoşulmaq istəyən müsəlmanlardan bə`ziləri ailə və övladlarının e`tirazı ilə qarşılaşdılar. Nazil olmuş ayədə onlara müraciət olunurdu ki, bə`zilərinizin arvad və uşaqları sizinlə düşməndir, onlardan uzaqlaşın. Hicrət etmiş müsəlmanlardan bə`ziləri hətta tövbə etmiş ailələrini qəbul etməmək qərarına gəlmişdilər. Ayənin davamında buyurulur: “Onlardan özünüzü gözləyin. Amma tövbə etsələr bağışlamağınız sizin üçün daha yaxşıdır. Həqiqətən Allah bağışlayan və rəhm edəndir.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter