Allahın Cənnət əhlİ üçün hazırladığı nemətlər NƏDİR?
Allah Quranda Cənnəti təsvir edən ayələrlə insanlara dünyadakılarla müqayisə edilməyəcək bir nemət üfüqü açır. “Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı vardır. (Qaf surəsi, 35)“ ayəsi ilə Cənnətdəki nemət bolluğu xəbər verilir.
Allah insanları hər şeyin ən gözəlindən, ən mükəmməlindən zövq alacaq şəkildə yaratmışdır. Bu səbəbdən, insan həyatı dərk etməyə başladığı andan etibarən bu mükəmməlliyə çatmaq üçün cəhd edir. Daima gözəllik və nemət axtarır. Ancaq bunu nə qədər çox istəsə də, bunun üçün nə qədər çox səy göstərsə də, dünya həyatında heç vaxt axtardığı mükəmməlliklə qarşılaşa bilməz. Çünki Allah dünya həyatını xüsusi olaraq qüsurlu və əksik yaratmışdır.
Əlbəttə, Allahın belə yaratmasında bir çox hikmət var. Çünki “O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Hakimdir. (Həşr surəsi, 24)“ ayəsində bildirildiyi kimi, Allahın yaratması qüsursuzdur. Rəbbimiz dilədiyi hər şeyi yaratmağa qadir olandır. Bu səbəbdən, dünya həyatındakı bütün əksikliklərin bir məqsədi var. Bunlardan biri də Cənnətin varlığını qavramaq və bunun üçün səmimi səy göstərməkdən ibarətdir.
Allah insanın fitrətini ancaq Cənnətdə rahat edə biləcəyi və nəfsinin istəklərini ancaq orada ödəyə biləcəyi şəkildə yaratmışdır. Quranın bir çox ayəsində bu həqiqət açıqlanmışdır. Buna görə, insan əsl həyatını Cənnətdə yaşayacağını əsla unutmamalıdır. Bu mövzudakı Quran ayələrindən bəziləri belədir:
Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64)
Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin. (Ali-İmran surəsi, 133)
Cənnət əhli peyğəmbərlərlə söhbət edəcək
Möminin dünyada zövq aldığı hər şey Cənnətdə də yaradılacaq
Axirət Cənnət əhli üçün sevgi yurdudur
Möminlər Cənnət nemətlərdən sərhədsiz faydalanacaqlar
Cənnətdə möminlər üçün bütün nemətlərin əsli yaradılacaq
Möminlər Cənnətdə ağıllarından keçən hər şeyə qovuşacaqlar
Cənnət əhlində qüsur və acizlik əlaməti olmayacaq
Cənnətdə çirklənmə, tozlanma yoxdur
Cənnətdə Allahdan bir rəhmət olaraq bezmə və yorulma yoxdur
…”Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” – (deyiləcək). Bu, böyük uğurdur. (Hədid surəsi, 12)
Belə dediklərinə görə də Allah onları (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları ilə mükafatlandırdı. Yaxşı iş görənlərin mükafatı budur. (Maidə surəsi, 85)