QUR᾽ANDA BƏRZƏX SAVABI VƏ BƏRZƏX ƏZABI NECƏ İZAH OLUNUR?
“Mö᾽minun” surəsi: “Sübh və axşam, Qiyamət bərpa olan günədək oda çəkilər onlar. Fir”on ailəsini (tərəfdarlarını) ən çətin işgəncələrə daxil edin!”
Bu Qur᾽an ayəsi bərzəx əzabına dəlalət edir, Fir”on və onun tərəfdarlarının (onlar nildə batıb ölmüşdülər.) Qiyamətədək sübh və axşam oda çəkiləcəklərindən danışır.
İmam Sadiq (əleyhissalam) buyurur: “Qiyamətdə öübh və axşamın olmayacağı səbəbindən, ayədə bərzəx nəzərdə tutulur.”
Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Əzab əhlinə bərzəxdə sübh və axşam Cəhənnəmdəki yeri göstərilər. Behişt əhlinə isə Behiştdəki yeri göstərilər və deyilər ki, Qiyamətdəki yerin budur.”
“Hud” surəsi: “Əzab əhli olanlar yer və göy durduqca oddadırlar. Allah istəməyincə, onlar üçün ətin fəryad və nalə vardır. Doğrudan da, Allah istədiyini edir. Amma səadət əhli olanlar yer və göy durduqca Behiştdədirlər.”
İmam (əleyhissalam) buyurur: “Ayədə bərzəx nəzərdə tutulur. Məqsəd bərzəx əzabı və bərzəx savabınır. Çünki, Qiyamətdə asiman (göy) yoxdur, yer isə əvəz ola.
BƏRZƏX QİYAMƏTƏDƏKDİR
“Mö᾽minun” surəsi: “Onların ölümü çatanda “Pərvərdigara, məni qaytar dünyaya, saleh əməllər edim”, deyərlər. Cavab veriər ki, faydasız, əbəs sözlər danışırsınız. Onların önündə, dirilib duracaqları günə qədər bərzəx vardır.”
Bu ayədən aşkar görünür ki, dünya həyatından sonra və Qiyamətdən əvvəl insanın bərzəx adlandırılmış daha bir həyatı vardır.